Lavrov-Çavuşoğlu görüşünün keçiriləcəyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib
Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüşün keçiriləcəyi Rusiya XİN-in Qəbul Evi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Məlumata görə, Qəbul Evi “OMON” xüsusi təyinatlıları tərəfindən mühasirəyə alınıb.
20 Dekabr 2016 12:20 DünyaRusiya və Türkiyə xarici işlər nazirləri arasında görüşün keçiriləcəyi Rusiya XİN-in Qəbul Evi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Məlumata görə, Qəbul Evi "OMON" xüsusi təyinatlıları tərəfindən mühasirəyə alınıb.
Bu gün Moskva vaxtı ilə saat 11:00-da Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında görüş planlaşdırılır. Daha sonra isə Rusiya-Türkiyə-İran xarici işlər nazirlərinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü keçiriləcək. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31