Sui-qəsd Rusiya-Türkiyə münasibətlərinə xələl gətirməyə hesablanıb

"Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Yaxın Şərq problemlərini yaxından bilən, tanınmış diplomat idi. Ona qarşı törədilən sui-qəsd Rusiya-Türkiyə münasibətlərinə xələl gətirməyə və Rusiyanı Yaxın Şərqdə gedən antiterror əməliyyatlarında iştirakdan çəkindirməyə hesablanıb”. Bunu  açıqlamasında politoloq Arzu Nağıyev deyib.

"Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Yaxın Şərq problemlərini yaxından bilən, tanınmış diplomat idi. Ona qarşı törədilən sui-qəsd Rusiya-Türkiyə münasibətlərinə xələl gətirməyə və Rusiyanı Yaxın Şərqdə gedən antiterror əməliyyatlarında iştirakdan çəkindirməyə hesablanıb". Bunu  açıqlamasında politoloq Arzu Nağıyev deyib.

O qeyd edib ki, terrorçunun ərəb dilində hadisəni Suriya və Hələbə görə törətdiklərini deməsi bunun təxribat, terror olduğunun göstəricisidir: "Məhz Rusiya təmsilçisinin hədəf seçilməsi terroru törədənlərin Rusiyanın Suriyada və Yaxın Şərqdə Türkiyə ilə birgə keçirdiyi əməliyyatlardan narhat olan qüvvələr olduğunu göstərir. Düşünürəm ki, bu hadisələr Türkiyə-Rusiya münasibətinə mənfi təsir etməyəcək. Hər kəs yaxşı bilir ki, Türkiyə belə bir hadisənin baş verməsini və Rusiya ilə əlaqələrinin pozulmasını istəməz". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31