Rusiyanın Ankaradakı səfirliyində səfirin ölümü ilə əlaqədar dövlət bayrağı endirilib
Rusiyanın Ankaradakı səfirliyində diplomatik missiyasının rəhbəri Andrey Karlovun ölümü ilə əlaqədar dövlət bayrağı endirilib.
20 Dekabr 2016 12:27 DünyaRusiyanın Ankaradakı səfirliyində diplomatik missiyasının rəhbəri Andrey Karlovun ölümü ilə əlaqədar dövlət bayrağı endirilib. Səfirlikdə həmçinin xatirə kitabının açılması barədə qərar qəbul ediləcək.
Gün ərzində Ankarada yaşayan rusiyalıların və Türkiyə vətəndaşlarının səfirin ölümü ilə əlaqədar başsağlığı vermək məqsədilə səfirliyə gələcəyi gözlənilir.
Diplomatik nümayəndəliyin mühafizəsi ötən gecə DİN-in xüsusi təyinatlılarının əlavə bölmələri ilə gücləndirilib. Hazırda da gücləndirilmiş təhlükəsizlik tədbirləri saxlanılır. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31