Deputat səfirin qatilini "qəhrəman" adlandırdı
Ukrayna Ali Radasının deputatı Vladimir Parasyuk Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilini "qəhrəman" adlandırıb.
20 Dekabr 2016 12:38 DünyaUkrayna Ali Radasının deputatı Vladimir Parasyuk Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilini "qəhrəman" adlandırıb. Deputat bu haqda "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, Andrey Karlovun qatili "öz xalqı üçün qəhrəmandır".
Qeyd edək ki, dünən Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd təşkil edilib. Hücumda ağır yaralanan səfir xəstəxanada həyatını itirib.
Diplomatın qatili Mövlud Mert Altıntaş təhlükəsizlik gücləri tərəfindən hadisə yerində öldürülüb. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31