Sui-qəsddən əvvəl qəribə təsadüf yaşanıb
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd edildiyi zaman qəribə bir təsadüf yaşanıb. Belə ki, sui-qəsd baş verən zaman Rusiya prezidenti Vladimir Putin teatrda tamaşa izləməyə gedirdi.
20 Dekabr 2016 12:34 DünyaRusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd edildiyi zaman qəribə bir təsadüf yaşanıb. Belə ki, sui-qəsd baş verən zaman Rusiya prezidenti Vladimir Putin teatrda tamaşa izləməyə gedirdi. Bu barədə Financial Timesin Moskva müxbiri Maks Seddon öz Twitter hesabında yazıb.
Həmin tamaşaya qoyulmuş əsərin müəllifi isə Aleksandr Qriboyedov olub. Aleksandr Qriboyedov Rusiyanın İrandakı səfiri olub və 1829-cu ildə sui-qəsd nəticəsində öldürülüb. Bizimyol.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31