Ankara-Moskva əməkdaşlığı NATO və Avropa Birliyinı qorxuya salıb

Türkiyədə tüğyan edən silsilə terror aktının davamı olaraq Ankarada Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovu öldürən Çevik Polis Alayının zabiti Mövlud Mərd Altındaşla bağlı yeni məlumatlar ortaya çıxıb. Məlum olub ki, qatil hadisə baş verən gün işə getməyib.Altındaş hücumun baş verdiyi Müasir Sənətlər Mərkəzinə bitişik bir oteldə otaq sifariş edib. Onun sui-qəsd planını otel otağında hazırladığı təxmin edilir.Altındaş axşam saatlarında qaldığı otaqda hücuma hazırlaşıb. Öncə üzünü taraş edib, kostyumunu geyinib və Çağdaş Sənətlər Mərkəzinə gedib. Altındaş vəsiqəsini göstərərək içəri daxil olub. Səfir çıxış edən zaman onun arxasında bir müddət gözləyib və sonra atəş açaraq öz çirkin planını gerçəkləşdirib. 

Səfirə qarşı sui-qəsdin arxasında çox ciddi güclərin dayanması şübhəsizdir

Türkiyədə tüğyan edən silsilə terror aktının davamı olaraq Ankarada Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovu öldürən Çevik Polis Alayının zabiti Mövlud Mərd Altındaşla bağlı yeni məlumatlar ortaya çıxıb. Məlum olub ki, qatil hadisə baş verən gün işə getməyib.Altındaş hücumun baş verdiyi Müasir Sənətlər Mərkəzinə bitişik bir oteldə otaq sifariş edib. Onun sui-qəsd planını otel otağında hazırladığı təxmin edilir.Altındaş axşam saatlarında qaldığı otaqda hücuma hazırlaşıb. Öncə üzünü taraş edib, kostyumunu geyinib və Çağdaş Sənətlər Mərkəzinə gedib. Altındaş vəsiqəsini göstərərək içəri daxil olub. Səfir çıxış edən zaman onun arxasında bir müddət gözləyib və sonra atəş açaraq öz çirkin planını gerçəkləşdirib. 
Ardınca Rusiya Xarici İşlər Nazirliyində çalışan yüksək vəzifəli diplomat öldürülüb. Məlumata görə, qanlı olay diplomatın paytaxt Moskvada, evinin qarşısında baş verib. Məsələ ilə bağlı rəsmi məlumat verilməyib, diplomatın adı açıqlanmır. 
Daha sonra ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum olub. Belə ki, bir nəfər silahlı şəxs ABŞ-ın Ankaradakı səfirlyinə hücum edib. Terroçu yaxalanıb. Artıq ABŞ Dövlət Departamenti hücum faktını təsdiqləyib. ABŞ-ın Ankaradakı səfirliyi hücumla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "ABŞ-ın Ankaradakı səfirliyi, İstanbuldakı və Adanadakı konsulluğu bu gün bağlı qalacaq və heç bir iş aparılmayacaq." ABŞ Dövlət Departamentindən verilən məlumata görə, ABŞ-ın hazırkı prezidenti Barak Obama, yeni seçilmiş prezident Donald Tramp və Dövlət Katibi Con Kerri birgə Rusiyanın Ankaradakı səfirinin öldürülməsini müzakirə ediblər. 

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Türkiyədəki səfiri Andrey Karlova qarşı edilən sui-qəsdi təxribat, Rusiya və Türkiyə arasındakı xoş münasibətə və Suriya münaqişəsinin nizamlanmasına qarşı addım adlandırıb.Putin həmçinin bildirib ki, Rusiya səfirinin Türkiyədə qətlə yetirilməsinin cavabı terrorla mübarizənin gücləndirilməsi olmalıdır. Ankarada qətlə yetirilən səfirə dövlət mükafatı verilməsi ilə bağlı da Rusiya prezidenti göstəriş verib.

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da baş verən sui-qəsdlə bağlı açıqlama verib. Ərdoğan baş verən qətli nifrətlə qınayıb: "Diplomatlar arasında müstəsna yeri olan Karlovla birgə, bir həftə əvvəl Tatarıstan prezidenti ilə görüşümüz olub. Bu axşam hörmətli Putinlə bu hadisəni qiymətləndirmək imkanımız oldu. Ölkəm və millətim adına Rusiya Federasiyanın başçısı Putinə və bütün rus xalqına başsağlığı verirəm. Bu bir provakasiyadır. Bununla Türkiyə və Rusiyanın iradəsini qıra bilməyəcəklər. Hal-hazırda Hələb məsələsi başda olmaqla, Rusiya ilə bir çox məsələlərdə həmrəyik. "

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsi iki ölkə münasibətlərinə zərər vurmayacaq.Türkiyə XİN başçısı səfir Andrey Karlovun qətlinin iki ölkənin terrorçuluğa qarşı birgə işinə də zərər vurmayacağını söyləyib: "Hər iki tərəf gözəl anlayır ki, bu alçaq addım heç vaxt bizim münasibətlərə zərər vurmayacaq. Ankara və Moskva bunun üçün əllərindən gələni etməyə hazırdır". Çavuşoğlu vurğulayıb ki, bu cinayət Rusiya və Türkiyənin Suriyadakı vəziyyətin nizamlanması və mülki əhalinin xilası ilə bağlı birgə fəaliyyətinə qarşı yönəlib: "Bunu yaxşı başa düşərək biz, buna yol verməyəcyik. Bu hadisənin münasibətlərimizə, terrorçuluğa və terroçu təşkilatlara qarşı həmrəyliyimizə təsir etməsinə yol verməyəcəyik".

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə qeyd edib ki, Rusiyanın Türkiyədəki səfirini qətlə yetirilməsinə əsas məqsəd Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesini pozmaq və iki ölkənin Suriyada terrorçuluğa qarşı effektli mübarizəsinə yol verməməkdir: "Əminik ki, bu vəhşi aktı törədənlərin əsas məqsədi Moskva və Ankara arasındakı münasibətlərin normallaşması prosesini pozmaq və Suriyada terrorçuluğa qarşı effektli mübarizəsinə yol verməməkdən ibarətdir. Bu məqsədə çatılmayacaq". 
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib ki, əvvəllər səfirin öldürülməsi müharibə elan etmək üçün bəhanə idi. İndi isə belə hadisələrin təəssüflər olsun ki, çox şahidi oluruq. Bu adətən müharibə şəraitində və ya düşmənçilik edən ölkələrdə olurdu. Lakin bizim Türkiyə ilə münasibətlərimiz yüksək səviyyədədir. Sözsüz ki, bu sui-qəsd aksiyası təxribatdır. Məqsəd Rusiya-Türkiyə arasındakı münasibətlərin normallaşmasını pozmaqdır: "Yaxın günlərdə Ərdoğan Rusiyaya birgünlük səfər etməli idi. Yanvar ayında isə Türkiyə prezidentinin böyük səfəri gözlənilirdi: "Ərdoğan üzünü Rusiyaya çevirir. Ona görə də Qərb xüsusi xidmət orqanlarına bu sərfəli deyil. Türkiyə bir siyasi meydandan digərinə keçməyə qərar verib. Ankara Rusiya istehsalı hərbi texnikalar sifariş verib. Sabah Rusiya-Türkiyə-İran xarici işlər nazirlərinin görüşü keçiriləcək. Moskva-Ankara-Tehran Suriya münaqişəsi ilə bağlı birgə əməkdaşlıq edəcəklər. Qərb bundan qorxur. Rusiya, Türkiyə və İranın Suriya münaqişəsi ilə bağlı birləşməsi NATO və Avropa Birliyini qorxudur". V.Jirinovskinin sözlərinə görə, Ankaradakı Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsinin arxasında məqsəd var: "Məqsəd Moskva ilə Ankaranın arasını vurmaqdır. Onların fikrincə, təyyarə qalmaqalından sonra 8 ay münasibətləri kəsilən Rusiya və Türkiyə gərək səfir sui-qəsdindən sonra müharibə həddinə çatsınlar. Onlar gözləyirlər ki, biz Türkiyəyə ultimatum verəcəyik. Lakin biz bunu etməyəcəyik. Onlar bizim aramızı vurmağa çalışırlar. Lakin biz bunun əksini etməliyik. Münasibətlərimizi daha da möhkəmləndirməliyik".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31