Ermənistan növbəti siyasi çaxnaşma ərəfəsində

İşğalçı ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın bu günlərdə Ermənistan Milli Konqresinin toplantısında çıxışı zamanı səsləndirdiyi fikirlər təkcə düşmıən cəbhəsində deyil, eləcə də Azərbaycanda böyük marağa səbəb olub. Xüsusilə, sabiq prezidentin ölkəsi ilə bağlı səsləndirdiyi bəzi etiraflar erməni cəmiyyətinin heç də hamısının mövcud Sərkisyan hakimiyyəti kimi düşünmədiyi gerçəkliyini ortaya qoyub. Levon Ter-Petrosyan ölkəsinin məğlubiyyət astanasında olduğunu etiraf etməklə yanaşı hakimiyyəti xəbərdar edib ki, əgər hazırkı situasiyada mövcud şərtlər daxilində Azərbaycanla razılıq əldə etməsə, o halda Yerevan yaxın gələcəkdə indikindən də ağır şərtləri qəbul etməli olacaq. Qeyd etdiyimiz kimi Ermənistanın sabiq prezidentinin məlum çıxışı Azərbaycan cəmiyyətində də maraqla qarşılanıb və Petrosyanın çıxışına fərqli münasibətlər ortaya qoyulub.

Petrosyanın seçkiqabağı etirafları ölkədə siyasi gərginliyi daha da artıracaq

İşğalçı ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın bu günlərdə Ermənistan Milli Konqresinin toplantısında çıxışı zamanı səsləndirdiyi fikirlər təkcə düşmıən cəbhəsində deyil, eləcə də Azərbaycanda böyük marağa səbəb olub. Xüsusilə, sabiq prezidentin ölkəsi ilə bağlı səsləndirdiyi bəzi etiraflar erməni cəmiyyətinin heç də hamısının mövcud Sərkisyan hakimiyyəti kimi düşünmədiyi gerçəkliyini ortaya qoyub. Levon Ter-Petrosyan ölkəsinin məğlubiyyət astanasında olduğunu etiraf etməklə yanaşı hakimiyyəti xəbərdar edib ki, əgər hazırkı situasiyada mövcud şərtlər daxilində Azərbaycanla razılıq əldə etməsə, o halda Yerevan yaxın gələcəkdə indikindən də ağır şərtləri qəbul etməli olacaq. Qeyd etdiyimiz kimi Ermənistanın sabiq prezidentinin məlum çıxışı Azərbaycan cəmiyyətində də maraqla qarşılanıb və Petrosyanın çıxışına fərqli münasibətlər ortaya qoyulub.

Millət vəkili Sahib Alıyev hesab edir ki, Levon Ter-Petrosyanın məlum çıxışında bir sıra vacib nüanslar var: "Neçə gündür ki, erməni mediası Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresinin ikinci qurultayındakı çıxışından yazır. Ermənistanın eks-prezidentinin həmin çıxışında bizim üçün də düşündürücü və həm də ağrılı sayılacaq xeyli faktlar var. Hazırlıqlı adamlar onun çıxışıyla tanış olarkən "ağrılı faktlar" deyilərkən nəyin nəzərdə tutulduğunu və nə üçün onlara toxunulmadığını anlayacaqlar. Amma Ermənistana rəhbərlik etmiş və edənlərin içinin ən intellektlisi, ağıllısı, elə həm də uzaqgörəni olan bu adamın dediklərinə diqqət yetirilməsini istənilən halda önəmli sayıram. Baxın, Levon Ter-Petrosyan nə deyir? Deyir ki, ermənilər ötən əsrin XX illərində yeni yaratdıqları dövlətin sərhədlərini maksimum genişləndirməyə çalışdılar. Amma nəticədə öz torpaqlarının təxminən yarısının itirilməsi reallığıyla üz-üzə qaldılar. Onun fikrincə, indi də belə bir vəziyyətlə üzləşə bilərlər. "Yarısı itirilən" ermənilərin Qərbi Ermənistan adlandırdıqları Türkiyə topraqlarıdır. Bu aydındır. Ancaq Pertosyanın çıxışında ən önəmlisi birincisi, ötən əsrin XX illərində ermənilərin öz dövlət sərhədlərini genişəndirdikləri haqda dedikləridir. Bununla o da etiraf edir ki, ötən əsrin əvvəllərində onlar Azərbaycan torpaqlarını qəsb etmək yoluya öz sərhədlərini genişləndiriblər. İkinici önəmli məsələ Ermənistanın eks-prezidentinin dövlət sərhədlərini yenə də Azərbaycanın hesabına genişləndirməyə çalışdıqlarını və bunun da yeni itkilərə aparıb çıxara biləcəyini vurğulamasıdır. "Yeni itkilər" deyilərkən söhbət nədən gedir? Levon Ter-Petrosyanın çıxışının məntiqindən belə anlaşılır ki, o, Qarabağın hesabına sərhədlərini genişləndirməyə çalışan Ermənistanın gələcəkdə Qərbi Azərbaycan torpalqarını da boşaltmaq perspektiviylə üzləşəcəyindən əndişələnir. Xatırladaq ki, Levon Ter-Petrosyan sözü gedən çıxışında "səmərəli düşünən dövlət xadimi" adlandırdığı Azərbaycan Prezidenti cənab İlham Əliyev bizim həmin torpaqlara qayıdacağımızı dəfələrlə vurğulayıb. Görünür, Ermənistanın eks-prezidenti bunun mümkünlüyünün fərqindədir. Onun fərqində olduğu başqa bir məsələ isə Sərkisyan rejiminin "ordu millət" yaratmaq niyyətinin öz başlarında çatlayacağı haqda dedikləridir".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Levon Ter-Petrosyanın məlum çıxışı Ermənistanda parlament seçkiləri qabağı siyasi ziddiyyətlər artmasından xəbər verir: "Görünən odur ki, hakimiyyəti zəbt edən Qarabağ klanı Sərkisyan və onun səhra komandirləri ilə, Yerevan erməniləri arasında ziddiyyət dərinləşir. Ermənistan Milli Konqrensinin sədri eks-prezident Levon Ter-Petrosyanın partiyasının konqrensində sülh platforması ilə geniş nitqi buna əyani sübutdur. Həmçinin Ermənistan cəmiyyəti üçün yeni bir ideyadır. Petrosyan nitqində açıq şəkildə kompromislərdən danışaraq, 1998- ci il razılaşmasını yenidən qabardır, Ermənistan cəmiyyətini sülhə və torpaqları Azərbaycana qaytarmağı çağırır". Politoloqun qənaətincə, müxalifət lideri bu sülh çağırışları ilə Avropanın seçki qabağı diqqətini öz üzərinə çəkmək istəyir və onun dəstəyinə ümid edir: "Həmçinin o, Rusiyanın günü-gündən Ermənistanı silahlı münaqişə çərçivəsində saxlamasının dolayısı ilə əleyhinə çıxış edir. O, çıxışında açıq şəkildə Ermənistanın Qarabağ düyünününə ilişdiyini və bu düyününü bərkidən Rusiyaya mesajlar verirdi. Sabiq prezidentin çıxışı, erməni cəmiyyətinin mövqeyini və arzularını ifadə edir". Təşkilat sədri qeyd edib ki, bu çıxışdan sonra artıq, Ermənistan siyasəti müharibə və sülh tərəfdarlarına bölünəcək: "Seçkiyə əsas olaraq, iki siyasi qüvvə gedəcək. Müharibə tərəfdarı -Sərkisyan, sülh tərəfdarı Petrosyan elektoratı. Qərb sözsüz ki , Ermənistan Milli Konqrensini dəstəkləyəcək, Rusiya isə indiki Sərkisyan hakimiyyətini. Seçkilərdə sülh və müharibə tərəfdarlarının mübarizəsi, Ermənistan siyasi cameəsində ciddi çaxnaşmalara gətirəcək. Sərkisyanın-müharibə tərəfdarlarının saxta yolla hakimiyyəti yenidən qəsb etməsi, xalq kütlələrini Yerevan küçələrinə çıxaracaq, küçə yürüşləri və kütləvi aksiyalara səbəb olacaq. Ermənistan da parlament seçkilərində yenidən bir mart hadisələri yaşana bilər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31