Gündəm

Səbaildə yeni kitabın təqdimatı keçirilmişdir

20 Dekabr 2016 15:13

Bu ilin əvvəlində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayonunun bütün orta  ümumtəhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar keçirilmiş, bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu ondən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar etmişlər. Sonradan RİH-də keçirilən yekun konfransında   bu işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınmışdı.

Azərbaycan multikulturalizmi fenomeninin dəyərlərini beynəlxalq gənc nəslə çatdırmaq lazımdır

20 Dekabr 2016 15:10

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) müşaviri, professor Aytən Qəhrəman sözügedən qurumun mətbuat xidmətinə Mərkəzin indiyədək həyata keçirdiyi layihələr, gələcəkdə görüləcək işlər, eləcə də bu günlərdə YUNESKO-da keçirdiyi görüşləri  ilə bağlı müsahibə verib.

Millət vəkili: “Hərbi və psixolji təziqini artırmalıyıq”

20 Dekabr 2016 15:09

“ATƏT-in  Minsk qrupu uzun illərdir ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərir. Çox təəsüflər olsun ki, hələ də məsələ öz ədalətli həllini tapmayıb”. Bunu millət vəkili Azər Badamov deyib.

Axtarış – xilasetmə Qərargahının rəhbər heyət üzvləri hadisə yerində olub

20 Dekabr 2016 15:07

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

“Sağlam gənclik-sağlam gələcək!” l ayihəsi yekunlaşıb 

20 Dekabr 2016 15:06

“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik-sağlam gələcək!” adlı layihəsini uğurla yekunlaşdırıb.

Fikrət Məmmədov Edvard Karvardin ilə görüşüb

20 Dekabr 2016 15:03

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov UNISEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardin ilə görüşüb. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, Azərbaycan və UNISEF arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən nazir dövlət başçısının rəhbərliyi ilə insan haqlarının, o cümlədən uşaq hüquqlarının qorunması üzrə görülən işlərdən, məhkəmə-hüquq və penitensiar sistemlərdə aparılan islahatlardan danışıb.

Azərbaycana peyvəndlər hansı ölkələrdən gətirilir?

20 Dekabr 2016 15:02

Azərbaycana dövlət tərəfindən gətirilən peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə olunan ölkələrdən gətirilir.

Suriyada döyüşən danimarkalı qız: "İŞİD-çiləri öldürmək çox asandır"

20 Dekabr 2016 15:01

Danimarkadan olan tələbə Coanna Palani İraq və Suriyaya gedərək PKK-nın qolu olan YPG-yə qoşulub. Orada bir il döyüşdükdən sonra isə gənc qız ölkəsinə göndərilib.

Rufiz Qonaqov: “Bu hadisədə qalib tərəf yoxdur”

20 Dekabr 2016 14:58

Xəbər verildiyi kimi, dünən Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd təşkil edilib.  Hücumda ağır yaralanan səfir hospitalda həyatını itirib.

AMEA ilə BP şirkəti arasında protokol imzalanıb

20 Dekabr 2016 14:57

Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə Böyük Britaniyanın “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkəti arasında görüş keçirilib.

Peskov: “Rusiya diplomatik missiyalarının təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görür”

20 Dekabr 2016 14:52

“Rusiya xarici ölkələrdəki diplomatik missiyalarının təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görür”. Məlumata görə, bunu Rusiya prezidentinin sözçüsü Dmitri  Peskov deyib.

Lavrov: “Ankaradakı terrorun təşkilatçıları Moskva görüşünü poza bilmədilər”

20 Dekabr 2016 14:50

Moskvada Rusiya və İran xarici işlər nazirləri arasında görüş başlayıb. Məlumata görə, görüşdə Rusiya xarici işlər naziri Sergey Lavroviranlı həmkarına Ankarada Rusiya səfiri Andrey Karlovun qətli ilə nəticələnən terror aktı ilə bağlı həmrəylik göstərdiyinə görə təşəkkürünü bildirib.

Əli Şəmxani: “Rəsmi Moskva və Tehranın Suriyada müştərək qərargahı var”

20 Dekabr 2016 14:49

“Rəsmi Moskva və Tehranın Suriyada müştərək qərargahı var” . Məlumata görə, bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şəmxani deyib. O bildirib ki, müştərək qərargahda İran və Rusiya tərəfi Suriya Ordusu ilə müqavimət qüvvələrinə məsləhətlər verir: “Terrorizmlə mübarizə sahəsində regionun bəzi ölkələri ilə əməkdaşlıq edirik. Əməkdaşlıqlarda diplomatik danışıqlar və məsləhətləşmələr bəzi problemlərin həlli üçün lazımdır. Rusiya prezidentinin xüsusi nümayəndəsinin Tehrana sonuncu səfərinin də məqsədi bu olub”.

Ölkədə “vergi aministisiyası” tətbiq olunacaq

20 Dekabr 2016 14:48

Dekabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda “Vergi ödəyicilərinin 2017-ci il 1 yanvar tarixinə mövcüd olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə edilib. Komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsinə əsasən vergi ödəyicilərinin, vergilərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarından şəxsi hesab vərəqəsində mövcüd olan borcları müvafiq icra hakimiyyəti orqanları tərəfindən silinir.Qanunun 2-ci maddəsində isə bildirilir ki, vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir: