Fikrət Məmmədov Edvard Karvardin ilə görüşüb
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov UNISEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardin ilə görüşüb. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, Azərbaycan və UNISEF arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən nazir dövlət başçısının rəhbərliyi ilə insan haqlarının, o cümlədən uşaq hüquqlarının qorunması üzrə görülən işlərdən, məhkəmə-hüquq və penitensiar sistemlərdə aparılan islahatlardan danışıb.
20 Dekabr 2016 15:03 SosialƏdliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov UNISEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardin ilə görüşüb. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, Azərbaycan və UNISEF arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən nazir dövlət başçısının rəhbərliyi ilə insan haqlarının, o cümlədən uşaq hüquqlarının qorunması üzrə görülən işlərdən, məhkəmə-hüquq və penitensiar sistemlərdə aparılan islahatlardan danışıb. Həmçinin, yuvenal ədliyyənin inkişafına xüsusi diqqət yetirilərək yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, yeni yanaşmaların və müasir İKT-lərin tətbiqi, məhkumların, o cümlədən yetkinlik yaşına çatmayanların saxlanma şəraitinin yaxşılaşdırılması, habelə hakimlərin yuvenal ədliyyə sahəsində treninqi və digər tədbirlər barədə məlumat verib, bu sahədə UNISEF-in dəstəyini qeyd edərək E.Karvardinə uğurlu fəaliyyət arzulayıb. UNISEF-in ölkəmizlə çox uğurlu əməkdaşlıq etdiyini söyləyən qonaq Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində dövlətin siyasi iradəsi ilə atılan mühüm addımları, yuvenal ədliyyənin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə görülən işləri, məhkəmə və penitensiar sistemin müasirləşdirilməsi, yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının genişləndirilməsi üzrə tədbirləri təqdir edib.