Gündəm

522 ədəd mobil telefonun ölkəyə gətirilməsinin qarşısı alınıb

20 Dekabr 2016 16:03

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sadıxlı” gömrük postunda Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı qanunvericiliyə uyğun olaraq idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olub-olmadığı barədə şifahi sorğu-sual edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, həmin şəxs gömrükçüləri yanıltmağa çalışsa da avtomobilə keçirilən gömrük baxışı gömrük əməkdaşlarının şübhələrini təsdiqləyib. Belə ki, avtomobilin salonunda, yanacaq çəninin içərisində xüsusi düzəldilən saxlanc yerlərindən və arxa oturacağının altından 314 ədəd ZHT, 110 ədəd Nokia, 23 ədəd H-mobile və 75 ədəd Duos markalı telefonlar, 250 ədəd adapter,140 ədəd qulaqcıq, 240 ədəd batareya aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Ölkə üzrə 86 min 326,9 ton pambıq tədarük edilib 

20 Dekabr 2016 16:02

Dekabrın 19-dək ölkə üzrə pambıq tədarükü 86 min 326,9 ton təşkil edib. Bu isə 2015-ci il dekabrın 21-dək olan göstərici ilə müqayisədə 2,5 dəfə çoxdur (35 min 192 ton). Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumatına görə pambıq tədarükünə görə Saatlı rayonu öndədir. Rayonun fermerləri tarlalardan 11691,8 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 11328 ton, İmişlidə 9855,1 ton, Ağcabədidə 8632 ton, Beyləqanda 7717 ton pambıq tədarük olunub. Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

Sumqayıtda müasir metallurgiya kompleksinin tikintisinə dair saziş imzalanıb

20 Dekabr 2016 16:00

Dekabrın 20-də Bakı Biznes Mərkəzində "Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər" mövzusunda tədbir keçirilib.

Rusiyanın istintaq qrupu qətli araşdırmaq üçün Türkiyədədir

20 Dekabr 2016 15:53

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar olaraq xüsusi operativ-istintaq qrupu artıq Ankaradadır.

"Hadisəni törədən sığınacaq almış qaçqındırsa..."

20 Dekabr 2016 15:52

Almaniya kansleri Angela Merkel Berlində yük maşınının Milad yarmarkasında insanları əzməsi hadisəsini terror aktı adlandırıb. Hadisədə təqsirli bilinənlərin cəzalandırılacağını deyib.

Xoşbəxt Yusifzadə: “İtkin düşən neftçilərin axtarışları davam etdirilir”

20 Dekabr 2016 15:37

“Gəmilərin və helikopterlərin iştirakı ilə itkin düşən neftçilərin axtarışları davam etdirilir”. Bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Öldürülən səfir "Allaha çox şükür ki, Suriyada deyil, Türkiyədə səfirəm" demişdi...

20 Dekabr 2016 15:32

Ankarada sui-qəsd nəticəsində öldürülən Rusiya səfiri Andrey Karlov 2013-cü il sentyabrın 2-də etimadnaməsini Türkiyənin həmin dönəmdəki prezidenti Abdullah Gülə təqdim etmişdi.

Qarpız kəsdim çillədə..

20 Dekabr 2016 15:30

Bu gün artıq fəsillərin ən soyuğu olan qış gəlir. Xalqımzın təqviminə görə isə "Böyük çillə” başlayır. Əgər miladi təqviminə uyğun qış konkret üç aydırsa, əski türklərin milli təqvimində qışın 3 ayı 30 gün deyil. Bu fəsil bizim təqvimdə üç hissəyə bölünür. Birinci hissə "Böyük çillə” adlanır. "Böyük çillə” 40 gün davam edir. İkinci hissə 20 gün olan "Kiçik çillə”, 3 cü bölüm isə 30 gün olan Novruza qədər davam edən "Boz aydır”.

ADU-da Operativ Qərargah yaradılıb

20 Dekabr 2016 15:29

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov  2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə müvafiq əmr imzalayıb. Əmrə əsasən imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevin rəhbərlik etdiyi  Operativ Qərargah yaradılıb.

Səfir müayinə olundu

20 Dekabr 2016 15:27

Ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada rəsm qaleriyasının iştirak edərkən qətlə yetirilmişdi. Qaleriyada Türkiyə vətəndaşı olan və polis kimi fəaliyyət göstərən Mövlut Mert Altıntaş tərəfindən öldürülən səfirin cəsədi bu gün məhkəmə tibbi ekspertizası tərəfindən müayine edilib.

Ağdaşda bərbərxana yanıb

20 Dekabr 2016 15:26

Ağdaş rayonunda vətəndaşa məxsus bərbərxana yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 9 m2 olan bərbərxananın dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb. Bərbərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Peşəkar rəssamların səırgisi keçirilib

20 Dekabr 2016 15:25

Xəzər rayon Gənclər Evində Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman idarəsi, Xəzər rayon Gənclər Evi ilə birlikdə istedadlı gənclərin aşkar edilməsi, gənclərin öz yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaq, gənclər arasında rəssamlıq sənətinin təbliğ olunması məqsədilə rayonunun həvəskar və peşəkar rəssamlarının sərgisi keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən xəbərinə görə, sərgidə Xəzər rayon İcra Hakimiyyəti Başçısının I müavini Vaqif Həsənov, rayon İcra Hakimiyyəti Başçısın müavini Arif Balayev, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəis müavini Aydın Yusifov, Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Rəssamlar İttifaqının nümayəndəsi , rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Millət vəkili Rauf Əliyev, sənətşünas Ziyadxan Əliyev gənc rəssamlara uğurlar arzulayıblar.

ALDP həlak olmuş neftçiləri yad etdi

20 Dekabr 2016 15:23

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda ictimai-siyasi vəziyyət, Xəzər dənizində Neft-qaz çıxarma mədənində baş verən faciə və bəzi təşkilatı məsələlər müzakirə olunub. Daha sonra Xəzər dənizində Neft-qaz çıxarma mədənində baş verən faciə nəticəsində həlak olan insanların ailələrinə baş sağlıg veriblər. İclasdan sonra ALDP sədri Fuad Əliyev və bir neçə liberal-demokrat Dənizkənarı Milli Parka gələrək, baş verən hadisədə itkin düşən neftçilərin xatirəsini yad etmək üçün dənizə qərənfillər atıblar, sahilə güllər düzüblər.

Gecə şaxta, səhər duman olacaq

20 Dekabr 2016 15:17

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Türkiyədə 236 hərbçi tutulacaq

20 Dekabr 2016 15:14

Türkiyə Silahlı Qüvvələrində "ByLock" kompüter proqramından istifadə etməkdə şübhəli bilinən 530 hərbçidən 236-sı barəsində həbs qəti imkan tədbiri seçilib.