"Hadisəni törədən sığınacaq almış qaçqındırsa..."

Almaniya kansleri Angela Merkel Berlində yük maşınının Milad yarmarkasında insanları əzməsi hadisəsini terror aktı adlandırıb. Hadisədə təqsirli bilinənlərin cəzalandırılacağını deyib.

Almaniya kansleri Angela Merkel Berlində yük maşınının Milad yarmarkasında insanları əzməsi hadisəsini terror aktı adlandırıb. Hadisədə təqsirli bilinənlərin cəzalandırılacağını deyib.

"Hazırda araşdırma aparılır. Hadisəni törədən Almaniyada sığınacaq almış qaçqındırsa, o zaman bu, bizim üçün daha ağırdır. Çünki sığınacaq verdiyimiz, kömək etdiyimiz insan bizə qarşı bunu etmiş sayılır", - Merkel əlavə edib.
 
Qeyd edək ki, dekabrın 19-da Pakistan əsilli, 1993-cü il təvəllüdlü Naved B. idarə etdiyi yük avtomobilini Berlində Milad yarmarkasındakı insanların üzərinə sürüb. Nəticədə 12 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31