Gündəm

Xəbərlər jurnalının bu ilə olan sonuncu nömrəsi işıq üzü görüb

20 Dekabr 2016 16:29

AMEA Naxçıvan Bölməsinin Tusi nəşriyyatında dərc edilən Xəbərlər jurnalının bu ilə olan sonuncu nömrəsi işıq üzü görüb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək

20 Dekabr 2016 16:27

Dekabrın 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 50-dən çox nümayəndə iştirak edəcək.

Mövlud Çavuşoğlunun səfəri təxirə salındı

20 Dekabr 2016 16:23

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada öldürülməsi ilə əlaqədar Ukraynaya səfərini təxirə salıb. Məlumatına görə, Çavuşoğlu dekabrın 20-21-də Türkiyə-Ukrayna Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq çərçivəsində Ukraynaya səfər etməli idi.

Vergi ödəyicilərinin 1,527 mlrd manat həcmində vergi borcu var

20 Dekabr 2016 16:22

Bu gün Azərbaycanda vergi ödəyicilərinin 1,527 mlrd manat həcmində vergi borcu var.”Olaylar” xəbər verir ki, bunu Vergilər Nazirliyinin idarə rəisi Natiq Şirinov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Vergi amnistiyası” ilə bağlı layihə plenar iclasa tövsiyə olundu

20 Dekabr 2016 16:20

Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə olunub.Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, sənəd prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb.

Vergi amnistiyası 44 min 704 vergi ödəyicisini əhatə edəcək

20 Dekabr 2016 16:19

Vergi amnistiyası 44 min 704 vergi ödəyicisini əhatə edəcək. “Olaylar” xəbər verir ki, bunu Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının təşkili Baş İdarəsinin rəisi Natiq Şirinov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkilləri vergi amnistiyası müddətinin uzadılmasını təklif edirlər

20 Dekabr 2016 16:18

Millət vəkilləri vergi amnistiyası ilə bağlı tətbiq olunan 3 ay müddətinin həddindən artıq az olduğunu və bunun effekt verməyəcəyi düşüncəsindədirlər.

89-cu teatr mövsümünün “rəy kitabı”nda bizə yazırlar...

20 Dekabr 2016 16:17

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin iclası keçirilib. Teatrda artıq 6 ildir ki, yaradılan “rəy kitabı”nın müzakirəsi iclasın əsas mövzusu olub. Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək bütün tamaşalarda izləyicilərin ixtiyarına verilən “rəy kitabı”nda yazılan fikir, təklif və iradlar haqqında danışıb: “Tamaşalarımızın, eləcə də aktyor və rejissorlarımızın peşəkarlıq səviyyəsini müəyyən etmək, tamaşaçılarımızın teatrımıza, nümayiş etdirdiyimiz səhnə əsərlərinə münasibətlərini öyrənmək məqsədilə teatrda 2011-ci ildə “rəy kitabı” yaradıldı.

“Gözlə məni” Rusiya səhnəsində...

20 Dekabr 2016 16:15

Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov ötən gün Kalmıkiyadan əlidolu qayıdıb. Teatrdan “Olaylar” – a verilən məlumata görə rejissor Bəhram Osmanov cari ilin noyabr ayında hazırlıqlarına start verilən yeni tamaşanı geniş ictimaiyyətə təqdim edərək, iki mükafatla Vətənə dönüb.

“Mersedes” vuran kişi yerindəcə ölüb

20 Dekabr 2016 16:11

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, dekabrın 19-da saat 21 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüsal Yusifov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölmüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

Tərtərdə qısqanclıq zəminində qətl törədilib

20 Dekabr 2016 16:10

 Tərtər rayonunda qətl hadisəsi törədilib. DİN-dən verilən məlumata görə, dekabrın 19-da Tərtər rayon sakini Cəmilə Əhmədovanın şəhər ərazisində kirayədə yaşadığı evin həyətində keçmiş əri Vüqar Hüseynov qısqanclıq zəminində həmyerlisi Qaraxan Tanrıverdiyevə bıçaqla xəsarət yetirib. O, hadisə yerini tər edərək aradan çıxıb. Xəstəxanaya yerləşdirilmiş Q.Tanrıverdiyev orada ölüb. Tərtər RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Astara sakinindən tapança götürülüb

20 Dekabr 2016 16:09

 Astara sakinində odlu silah aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Xudayət Cəfərovdan 1 ədəd kustar üsulla hazırlanmış tapança götürülüb. Hazırda tapançanın haradan əldə edilməsini müəyyən etmək istiqamətində iş aparılır. 

Zaqatala sakininin 4 barmağı amputasiya edilib

20 Dekabr 2016 16:08

Zaqatala rayonunda bədbəxt hadisə baş verib. DİN-dən verilən məlumata görə, dekabrın 19-da Zaqatala rayonunun Zəyəm kəndində yaşayan Nurlan İsayev evində kustar üsulla fişəng hazırlayarkən fişəng partlayıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş N.İsayevin 4 barmağı amputasiya edilib.

Dollar satan Şamaxı sakini tutulub

20 Dekabr 2016 16:07

Dekabrın 19-da Şamaxı rayon sakini Şirzad Qasımov paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən Nizami RPİ əməkdaşları tərəfindən saxlanılıb. DİN-dən verilən məlumata görə, onun barəsində İXM-in müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Şirvan sakinindən ov tüfəngi götürülüb

20 Dekabr 2016 16:06

Şirvan sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fərid Cəbrayılova məxsus "VAZ-2121" markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan "Churchill" markalı ov tüfəngi və "GAMO" markalı tir tapançası aşkar edilərək götürülüb. Araşdırma aparılır.