Millət vəkilləri vergi amnistiyası müddətinin uzadılmasını təklif edirlər

Millət vəkilləri vergi amnistiyası ilə bağlı tətbiq olunan 3 ay müddətinin həddindən artıq az olduğunu və bunun effekt verməyəcəyi düşüncəsindədirlər.

Millət vəkilləri vergi amnistiyası ilə bağlı tətbiq olunan 3 ay müddətinin həddindən artıq az olduğunu və bunun effekt verməyəcəyi düşüncəsindədirlər.
"Olaylar"ın xəbərinə görə, millət vəkili Vahid Əhmədov bildirib ki, amnistiya ilə bağlı verilən 3 ay müddəti həddən artıq az vaxtdır. Millət vəkili Vahid Əhmədov müzakirəyə çıxarılan qanun layihəsini mütərəqqi qanun layihəsi hesab edərək bildirib ki, bu, sahibkarların vergi yükünün azaldılmasında müstəsna rol oynayacaq: "Bir neçə il bundan öncə vergi borcunun 4 milyard olduğunu diqqətə çəkərək, bunun həddindən artıq olmasından narahatlığımızı ifadə edirdik. Ancaq indi bu vergi borcunun həcmi 1,5 mlrd manat həcminə enib. Müzakirəyə çıxarılan qanuna əsasən isə 600 mln manatdan artıq maliyyə sanksiyasının silinməsi nəticəsində bu həcm 900 mln manata enəcək ki, bu da elə də qorxulu rəqəm deyil. Qanun layihəsi mütərəqiqi olsa da, burada müəyyən problem yaradacaq məsələ var. Bu da ondan ibarətdir ki, amnistiya ilə bağlı verilən 3 ay müddəti həddən artıq az vaxtdır. Özü də ki, bu elə aylardır ki, isətr dövlət, istərsə də qeyri-dövlət müəssisələri üçün çətin maliyyə dövrü hesab olunur. Yəni, ilin əvvəli olduğdundan burada ciddi problemlət yaranır. Ona görə də təklif edirəm ki, bu müddət 6 aya qaldırılsın". Millət vəkili Əli Məsimli də qanun layihəsində nəzərdə tutulan 3 aylıq müddətin az olmasına diqqət çəkərək bildirdibki, bu, lazımi effekti verməyəcək: "Ona görə də bu vaxtın 6 aya qaldırlmasını təklif edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31