Gündəm
Gənclərin vətənpərvər ruhda tərbiyəsinə yönəlik layihələr
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində müvafiq dövlət qurumlarının gördüyü işlər, həyata keçirdiyi tədbir və layihələr də mühüm əhəmiyyət kəsb edir. Bu mənada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Xidmətin fəaliyyətinə uyğun olaraq paytaxt və rayonlarda keçirilən layihə və tədbirlər gənclərin vətənpərvər ruhda tərbiyəsinə öz müsbət təsirini göstərir. Artıq bir neçə oldir ki, Xidmət qeyd edilən istiqamətə xüsusi diqqət yetirir.
Qafqaz Universitetində “Sənətdə multikulturalizm” sərgisi nümayiş olunub
Qafqaz Universitetinin “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzi ilə Azərbaycan Respublikasındakı Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşlığı çərçivəsində dekabrın 20-sində Misir Ərəb Respublikasından dəvət olunmuş “Sənətdə multikulturalizm” mövzusunda hüsn-xətt sərgisi nümayiş etdirildi. Sərgi məşhur kalliqraf Əşrəf Eydin 20 ədəd ərəb kalliqrafiyasını əks etdirən sənət nümunəsindən ibarət idi.
Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb
Dekabrın 20-də Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib.
Əhalinin siyahıyaalınması ilə bağlı Komissiya yaradıldı
Azərbaycan Respublikasının Nazirlər Kabineti “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Qərar qəbul edib.Qərara əsasən, 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb. Həmçinin Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiqlənib.
Yevlax və Bərdədə mənşəyi məlum olmayan ət aşkarlanıb
Zaxarova XİN başçılarının görüşündə ağladı
Bu gün Rusiya, İran və Türkiyə XİN başçılarının Moskvada baş tutan görüşündə duyğulu anlar yaşanıb. Suriya məsələsinin müzakirəsi məqsədilə bir araya gəlinən toplantıda dünən Ankarada öldürülən Rusiya səfiri Andrey Karlovdan da söz açılıb.
Azərbaycanda bəzi müəssisələr üçün güzəştli enerji tarifləri müəyyənləşdiriləcək
Azərbaycanda strateji müəssisələrin enerji təminatına dair güzəştli tariflər müəyyənləşdiriləcək. Məlumata görə, bu barədə Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində deyilir.
Bəzi vergi borclarının faizləri silinəcək
Azərbaycanda vegi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borcları silinəcək. Bundan başqa, maliyyə sanksiyalarının silinməsi də nəzərdə tutulur. Bu barədə vergi borclarının tənzimlənməsi ilə bağlı hazırlanan qanun layihəsinə istinadən xəbər verir.
16 yaşlı azərbaycanlı Almaniyada dalbadal yeddi soyğun törətdi
Almaniya polisi bu ölkədə bir-birinin ardınca yeddi soyğunçuluq hadisəsi törədən, otelləri və supermarketləri yaran azərbaycanlı yeniyetməni yaxalayıb.
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün, dekabrın 20-də keçirdiyi növbəti pul siyasəti iclasında uçot dərəcəsi kimi qəbul edilən 7 günlük REPO əməliyyatları üzrə faiz dərəcəsini dəyişdirməyib.
Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin danışıqları başladı
Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli danışıqları başlayıb. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirib. Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi fonunda keçirilən danışıqların əsas mövzusu Suriyadakı vəziyyət olacaq.
"Gələn il rus-alman savaşı başlayacaq"
Gələn il Rusiya ilə Almaniya arasında əsl qarşıdurma başlaya bilər. Bu iddia ilə Amerikanın "Stratfor" şirkəti çıxış edib. Şirkət amerikalılarla avropalıların Rusiyaya sanksiyaları dayandırmaq fikrində olmadığını bildirib:
Baş nazir Bakı-Tbilisi-Qars dəmir yolunun i stismara veriləcəyi vaxtı açıqladı
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 2017-ci ilin birinci rübündə istismara veriləcək. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım gürcü həmkarıGeorgi Kvirikaşvili ilə görüşdə deyib.
Rusları qıran içkinin istehsalçısı azərbaycanlı çıxdı?
Rusiyanın İrkutsk vilayətində son məlumata görə azı 58 nəfərin ölümünə səbəb olan "Boyarışnik" lasyonunun istehsalçısı Azərbaycanda tapılıb. Bu haqda "Komsomolskaya Pravda" yazır.
Ohanyan Sarkisyana qarşı: "Biganə qala bilmərəm"
Ermənistan müdafiə naziri Seyran Ohanyan fəal siyasətlə məşğul olacağını deyib. Ohanyan 2017-ci il parlament seçkilərində iştirak haqda düşündüyünü dilə gətirib.














