Qafqaz Universitetində “Sənətdə multikulturalizm” sərgisi nümayiş olunub
Qafqaz Universitetinin “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzi ilə Azərbaycan Respublikasındakı Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşlığı çərçivəsində dekabrın 20-sində Misir Ərəb Respublikasından dəvət olunmuş “Sənətdə multikulturalizm” mövzusunda hüsn-xətt sərgisi nümayiş etdirildi. Sərgi məşhur kalliqraf Əşrəf Eydin 20 ədəd ərəb kalliqrafiyasını əks etdirən sənət nümunəsindən ibarət idi.
20 Dekabr 2016 17:05 SosialQafqaz Universitetinin "Azərbaycan multikulturalizmi" elm-tədris mərkəzi ilə Azərbaycan Respublikasındakı Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşlığı çərçivəsində dekabrın 20-sində Misir Ərəb Respublikasından dəvət olunmuş "Sənətdə multikulturalizm" mövzusunda hüsn-xətt sərgisi nümayiş etdirildi. Sərgi məşhur kalliqraf Əşrəf Eydin 20 ədəd ərəb kalliqrafiyasını əks etdirən sənət nümunəsindən ibarət idi.
Sərgi ilə yanaşı "Multikulturalizmin reallaşdırılmasında dillərin rolu" mövzusunda seminar baş tutdu. Seminarda dünya şöhrətli Qahirə Universitetinin "Darul-ulum" fakültəsinin professoru Əhməd İbrahim Dərviş çıxış etdi. O, Azərbaycanı Qafqazın cənnəti adlandıraraq bu ölkədəki multikulturalizmin digər dövlətlərə örnək ola biləcəyini vurğuladı.