Zaxarova XİN başçılarının görüşündə ağladı
Bu gün Rusiya, İran və Türkiyə XİN başçılarının Moskvada baş tutan görüşündə duyğulu anlar yaşanıb. Suriya məsələsinin müzakirəsi məqsədilə bir araya gəlinən toplantıda dünən Ankarada öldürülən Rusiya səfiri Andrey Karlovdan da söz açılıb.
20 Dekabr 2016 16:52 DünyaBu gün Rusiya, İran və Türkiyə XİN başçılarının Moskvada baş tutan görüşündə duyğulu anlar yaşanıb. Suriya məsələsinin müzakirəsi məqsədilə bir araya gəlinən toplantıda dünən Ankarada öldürülən Rusiya səfiri Andrey Karlovdan da söz açılıb.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu səfirdən danışan zaman Rusiyanın XİN rəsmisi Mariya Zaxarova kövrəlib və göz yaşlarını saxlaya bilməyib. Həmin anlar jurnalistlər tərəfindən görüntülənib. Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31