Gündəm
Bakıda dələduz qadın saxlanıb
Bakı şəhər sakini 50 yaşlı Sultanxanım Tərhet qızı Əliyeva Solmaz adlı qadına qarşı dələduzluq etdiyi üçün Suraxanı Rayon Polis İdarəisnin əməliyyatçıları tərəfindən saxlanılıb. Məlumata görə, saxlanılan Sultanxanım Əliyeva istintaqa ifadəsində Solmaz xanımdan təxminən 10 min manat dəyərində yataq dəsti götürdüyünü etriaf edib.
Daha 2 müəllim maksimum bal topladı
Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib. “Olaylar” Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Lerik şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Günel Kərimova və Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günel Aslanlı imtahanda bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıblar.
Deputat: İsrail-Azərbaycan münasibətlərinin daha da yaxşılaşması heç bir halda İran üçün təhlükə törədə bilməz
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra iki ölkə arasında münasibətlərin daha da yaxşılaşması heç bir halda İran üçün təhlükə törədə bilməz.
Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək
Dekabrın 28-də Rusiyanın paytaxtı Moskva şəhərindəki "Ukrayna" otelində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayı keçiriləcək.
Azərbaycanda analoq TV yayım tam dayandırıldı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, bu gündən etibarən bütün respublika ərazisində tam olaraq rəqəmli telviziya yayımına keçilib və analoq yayım dayandırılıb.
Rus səfiri güllələyən Mertinin sevgilisi də həbs edildi
Rusiyanın Ankarada səfirini qətlə yetirən Mövlud Mert Altıntaşla bağlı yeni məlumatlar açıqlanıb. Bu səhər qatilin dayısı da həbs edilib.
Ölkədən külli miqdarda qızıl çıxarılmasının qarşısı alınıb
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb.
İran vətəndaşlarına Türkiyəyə səfər etməmələri barədə xəbərdarlıq etdi
İranın Xarici İşlər Nazirliyi dekabrın 20-də vətəndaşlarını Türkiyəyə səfər edərkən ehtiyatlı olmağa çağıran bəyanatla çıxış edib.
"Azərbaycanda mənə heç nə olmaz"- Səfir
Rusiyanın Azərbaycandakı səfirliyinin mühafizəsi gücləndirilib. Məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. O, Azərbaycan rəhbərliyinə səfir Andrey Karlovun Ankarada qətlə yetirilməsindən dərhal sonra göstərdiyi dəstəyə və başsağlığı verməsinə görə təşəkkürünü bildirib.
Ərdoğan: Türkiyə imkan verməyəcək ki...
Türkiyə Rusiya ilə münasibətlərin pisləşməsinə imkan verməyəcək. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosfor boğazının altından çəkilən "Avrasiya" tunelinin açılışında çıxışı zamanı deyib.
Cahangir Hacıyev Ali Məhkəməyə şikayət etdi
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev Ali Məhkəməyə şikayət edib. Məlumata görə, bu barədə vəkil Aqil Layicov bildirib.
Xocalı faciəsi Türkiyə səhnəsində
Multikultural dəyərlərin təbliğində dindarların rolundan danışılıb
Dekabrın 20-də Sabirabad rayon Zəngənə kənd məscidi dini icması tərəfindən “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Multikultural və tolerant dəyərlərin təbliğində dini icmaların və dindarların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad rayon Zəngənə kənd məscidi dini icmasının sədri Çingiz Abuzərov, dindarlar, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
İmran Abdullayev: “Kənd yumurtası qida kimi daha təhlükəli ola bilər”
"Kənd yumurtasının yığılıb-saxlanılmasına nəzarət olmadığından qida kimi daha təhlükəlidir. Birinin 5 toyuğu var və yumurtanı bir ay yığır. Nəticədə ilkin toplanılan yumurtanın vaxtından bir ay keçir".
Bakıda 380-dən artıq avtomobil cərimələndi, 27-si isə...
Noyabrın 1-dən bu günə qədər texniki baxışdan keçməyən 380-dən artıq avtomobil cərimələnib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.














