Gündəm

"Haynkes futbolçulara heç bir güzəşt etmirdi"

20 Dekabr 2016 18:58

"Bayer Munix"in sabiq futbolçusu Şerdan Şakiri Yupp Haynkes haqqında danışıb. İsveçrəli havbek 2012-ci ildə onu "Basel"dən Münhen klubuna gətirən mütəxəssis barədə bunları deyib:

Rusiya Premyer Liqasında "İlin futbolçusu" müəyyənləşdi

20 Dekabr 2016 18:55

Rusiyada 2016-cı ilin ən yaxşı futbolçusu açıqlanıb. Rusiya Futbol İttifaqı, Peşəkar Futbol Liqası və "Sport Ekspress" qəzetinin birgə təşkil etdiyi səsvermədə "Krasnodar"ın hücumçusu Fyodor Smolovhamını qabaqlayıb.

"Artırılmış 8 dəqiqə bizi məhv etdi"

20 Dekabr 2016 18:53

İngiltərə Premyer Liqasının 17-ci turunda baş tutan "Everton" - "Liverpul" derbisi nominal qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

FHN-in əməkdaşı çempionatın qalibi olmuşdur

20 Dekabr 2016 18:51

18 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində Qol güləşi üzrə Respublika kuboku yarışı keçirilmişdir. Respublikamızın müxtəlif bölgələrindən 200-ə yaxın idmançı 11 çəki dərəcəsində həm sağ, həm də sol qol üzrə birincilik uğrunda mübarizə aparmışdır. Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun əməkdaşı Rəşad Kəsəmənli 65 kq çəki dərəcəsində Respublika kuboku yarışında sol qol üzrə 1-ci yerə layiq görülmüşdür.

Vergilər Nazirliyində görüş keçirilib

20 Dekabr 2016 18:50

Vergilər Nazirliyində Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir İdarəsi Başqanlığının nümayəndə heyəti ilə görüş keçirilib.

ADU-nun professorunun tərcümə etdiyi kitabın təqdimatı keçirilib

20 Dekabr 2016 18:48

Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru, Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov tərəfindən ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş italiyalı alim Umberto Ekonun “Gənc romançının etirafları” adlı müasir ədəbiyyata dair mühazirələr toplusu kitabının təqdimatı keçirilib.

"Bu sui-qəsdin Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik"

20 Dekabr 2016 18:38

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini kəskin şəkildə qınayır və lənətləyirik. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

İlham Əliyev Angela Merkelə başsağlığı verdi

20 Dekabr 2016 18:37

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə başsağlığı verib.

Türkiyədə qətlə yetirilən səfirin cənazəsi Rusiyaya göndərilib

20 Dekabr 2016 18:36

Dünən Türkiyədə qətlə yetirilən Rusiya səfiri Andrey Karlovun cənazəsi təyyarə ilə Rusiyaya göndərilib. 

Belarusun baş naziri: "Azərbaycandan neft alışı üzərində iş gedir"

20 Dekabr 2016 18:33

2016-cı ilin oktyabr ayında Moskva və Minsk neft-qaz sahəsinə aid bütün məsələləri həll edib, lakin Rusiya tərəfi öz mövqeyini dəyişib. Bunu "Reuters" agentliyinə müsahibəsində Belarusun baş naziri Andrey Kobyakov bildirib.

Balakən rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

20 Dekabr 2016 18:27

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

Rusiya, Türkiyə və İran Suriya ilə bağlı razılığa gəldilər

20 Dekabr 2016 18:25

Rusiya, Türkiyə və İran Suriya böhranın həlli ilə bağlı ortaq bəyannamə qəbul edib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib. S. Lavrov bildirib ki, birgə bəyanatda hər üç ölkə Suriyanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edir: “Ümumi fikir bundan ibarətdir ki, münaqişənin hərb yolu ilə həlli ola bilməz. Biz münaqişənin alternativi olmadan siyasi-diplomatik yolla həllinə tərəfdarıq”. Nazir qeyd edib ki, üçtərəfli format münaqişənin həlli ilə bağlı ən effektli formatdır və eyni zamanda onun fəaliyyəti digər formatların fəaliyyətinə kölgə salmağa yönəlməyib.

Hadi Rəcəbli: “Büdcəmizdə sosial müdafiə məqsədlərinə ayırmalarda artım var”

20 Dekabr 2016 18:16

Qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir.

Sahibə Qafarova: “Bakıda AŞ PA-nın tədbiri yüksək səviyyərə təşkil olunacaq”

20 Dekabr 2016 18:15

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin növbəti iclaslarından biri 2017-ci il martın 15-16-da Bakıda keçiriləcək.