FHN-in əməkdaşı çempionatın qalibi olmuşdur

18 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində Qol güləşi üzrə Respublika kuboku yarışı keçirilmişdir. Respublikamızın müxtəlif bölgələrindən 200-ə yaxın idmançı 11 çəki dərəcəsində həm sağ, həm də sol qol üzrə birincilik uğrunda mübarizə aparmışdır. Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun əməkdaşı Rəşad Kəsəmənli 65 kq çəki dərəcəsində Respublika kuboku yarışında sol qol üzrə 1-ci yerə layiq görülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31