Gündəm

İnsanabənzər döyüş robotu nümayiş olunub- Video

20 Dekabr 2016 20:45

Cənubi Koreyanın “Korea Future Technology” şirkəti seriyalı istehsal üçün nəzərdə tutulan pilotlu insanabənzər robot prototipi təqdim edib.

Dünyada ən kiçik radio yaradılıb

20 Dekabr 2016 20:30

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mütəxəssisləri dünyanın ən kiçik ölçülü radiosunu yaradıblar. Onlar ölçüsü iki atom boyda olan çəhrayı almaz kristallarındakı qüsurlardan istifadə edərək belə miniatür radio yığmağa nail olublar. Radio beş əsas komponentdən ibarətdir: enerji mənbəyi, qəbuledici, çevirici, tüner və dinamik. Qəbuledici yaxınlıqdakı elektromaqnit siqnallarını qəbul edir, bundan sonra sonuncular çeviricidən keçərək elektrik cərəyanına çevrilir.

Qışda xəstəliklərdən qorunmaq üçün 7 SADƏ ÜSUL

20 Dekabr 2016 20:05

Qış mövsümündə havalar soyuq keçdiyi üçün insanlar ictimai yerlərdə və qapalı məkanlarda çox vaxt keçirilir. Bu isə infeksiyaların daha sürətlə və asan yayılmasına şərait yaradır. Havanın soyuq və quru olması nəticəsində burnun selikli qişasının quruması infeksiyanın inkişafına şərait yaradır.

Çin 5G standartının tətbiqinə hazırlaşır

20 Dekabr 2016 19:55

Çinin nəhəng telekommunikasiya korporasiyası olan “China Mobile” 2020-ci ildə yeni 5G formatını dəstəkləyən cihazların istehsalını planlaşdırır.  

Yeni “HDMI 2.0b” standartında məlumatların ötürülmə s ürəti xeyli yüksəldilib

20 Dekabr 2016 19:48

İstehsalçıların populyar “HDMI” interfeysinə qarşı güclü rəqabətinə baxmayaraq, sözügedən interfeys televizor, monitor və başqa texnikada əsas standart olaraq qalır. Bu tendensiya “HDMI 2.0b” spesifikasiyanın çıxışından sonra da saxlanılacaq. Yeni standart bir sıra parametrlərə görə əvvəlki standartı geridə qoyur.

Yeni “ağıllı” sistem sürücülərin diqqət yetirmədiyi yol nişanlarını müəyyənləşdirəcək

20 Dekabr 2016 19:43

Almaniyanın “Volkswagen” şirkəti avtomobillər üçün sürücünün gözündən yayınan yol nişanlarına diqqət yetirəcək yeni “ağıllı” sistem təqdim edib.

“WhatsApp”da məlumatları redaktə etmək mümkün olacaq

20 Dekabr 2016 19:35

"WhatsApp” mobil messenceri yeni funksiyanı tətbiq edə bilər.  İKT.lent.az-ın “Rossiyskaya qazeta” nəşrinə istinadən məlumatına görə, istifadəçilər göndərilmiş məlumatları redaktə edə biləcəklər.

İnsanı stressdən xilas edəcək qurğu yaradılıb

20 Dekabr 2016 19:30

San-Fransiskodan olan startapçılar tərəfindən yaradılmış qurğu sakitləşməyə kömək edir. “Lief” adlandırılmış qurğu stress siqnallarını qeydə alan kimi titrəməyə başlayır.

Ən yüngül noutbuk təqdim edilib

20 Dekabr 2016 19:26

“Samsung” şirkəti nazik korpuslu yenilənmiş kompakt “Notebook 9” noutbukunu təqdim edib. “ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Samsung Notebook 9” yüksək məhsuldarlığı təmin etməklə portativliyin bütün üstünlüklərini saxlayır. Çəkisi 800 qram təşkil edən 13,3 düym ekranlı qurğu hazırda bazarda ən yüngül noutbuk hesab edilir. Noutbukun displeyi 180 dərəcə əyilir ki, bu da təqdimat və fotoşəkillərin nümayişi zamanı xüsusilə rahatlıq yaradır.

Başqa qurğuları enerji ilə doldurmağa imkan verən smartfon təqdim olunub

20 Dekabr 2016 19:20

Çinin “Gionee” şirkəti 26 dekabr tarixində “Gionee M2017” smartfonunu rəsmən təqdim edəcək. Sözügedən aparatda akkumulyatorun tutumu 7000 milliamper/saat təşkil edir. Bu, smartfon bazarında ən güclü batareyalardan biridir. Smartfon, həmçinin başqa qurğular üçün kənar akkumulyator kimi istifadə edilə bilər.

Fahriye və Enginin serialı nə zaman başlayır?

20 Dekabr 2016 19:15

Fahriye Evcen, Engin Akyürek və Sarp Levendoğlunun baş rollarda çəkiləcəyi "Ölene kadar" serialı ilə bağlı son məlumatlar yayılıb.

Kiberhücumlar 2021-ci ilədək dünya iqtisadiyyatına 6 trilyon dollar ziyan vuracaq

20 Dekabr 2016 19:15

Kibercinayətkarlıq bəşəriyyətin növbəti 20 ildə qarşılaşacağı ən ciddi problemlərdən biri olacaq. Belə ki, “Juniper Research” şirkətinin tədqiqatına görə, 2019-cu ilədək dünya iqtisadiyyatının kiberhücumlardan ümumi itkiləri 2,1 trilyon dollar təşkil edəcək, “Cybersecurity Ventures”in proqnozuna görə, 2021-ci ilədək bu göstərici 6 trilyon dollara çatacaq.  

Hər seriya üçün 50 min qazanacaq

20 Dekabr 2016 19:10

Məryəm Uzerli "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında hər seriya üçün 50 min lirə (təxminən 25 min manat) alacaq.

Kıvanç Tatlıtuğ "İlin adamı" oldu

20 Dekabr 2016 19:06

Məşhur "GQ" kişi jurnalının kişi versiyası başa çatmaqda olan ilin yekunlarını açıqlayıb. Jurnalın Türkiyə versiyası "İlin adamı" və "İlin ən yaxşı aktyoru" nominasiyasına Kıvanç Tatlıtuğu layiq görüb. Bu nominasiya aktyora "Cəsur və Gözəl" filmində oynadığı roluna görə verilib.

Milito istefa verdi

20 Dekabr 2016 19:00

"Barselona" və Argentina millisinin eks müdafiəçisi Qabriel Milito "İndependiente"nin baş məşqçisi postundan istefaya gedib.