Gündəm
Ruhaninin Ermənistana səfərində nələr müzakirə olunacaq?
İran prezidenti Həsən Ruhani erməni həmkarı Serj Sarkisyanın dəvəti ilə bu gün İrəvana rəsmi səfər edəcək. Məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Xəbərdə bildirilir ki, Ruhani Ermənistana səfəri zamanı Serj Sarkisyan və baş nazir Karen Karapetyanla görüşəcək.
Dünya Bankı TANAP-ın tikintisinə 800 mln. dollar kredit ayırdı
Dünya Bankının (WB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib. Kreditin 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC (SGC), 400 mln. dollarını isə Türkiyə dövlətinin zəmanəti ilə bu ölkənin "BOTAŞ" şirkəti alıb. WB-nin vitse-prezidenti Siril Muller (Cyril Muller) deyib ki, təmsil etdiyi qurum SGC-yə kredit ayırmaqdan məmnundur.
Bakı Nəqliyyat Agentliyi: Bakı şəhərində 16 min taksi fəaliyyət göstərir
“Son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumdan kənar ödənişlərin tələb edilməsi halları tamamiylə aradan qaldırılıb. Bakı Nəqliyyat Agentliyi (BNA) taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə müəyyən tədbirlər həyata keçirilib”.
Vergilər Nazirliyində yeni strukturlar yaradılıb
Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb. Bu haqda nazirliyin Analitik-informasiya şöbəsindən məlumat verilib. Məlumatda bildirilib ki, Prezidentin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə Vergilər Nazirliyinə verilmiş tapşırıqların icrası, vergi orqanlarında kadr potensialından səmərəli istifadə edilməsi, eləcə də daha təkmil və müasir idarəetmə menecmentinin formalaşdırılması məqsədilə vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyində aşağıdakı struktur dəyişiklikləri aparılıb:
"Real Madrid" klubu yeni rekorda imza atıb
İspaniyanın "Real Madrid" klubu yeni rekorda imza atıb. Report xəbər verir ki, Madrid təmsilçisi 2002-ci ildən çıxdığı final matçlarında məğlub olmayıb.
Bu gün qış gəlir
Bu gün Azərbaycana qış fəsli daxil olur. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu gün saat 14:44:12-də Azərbaycanda qış fəsli başlayır.
Klintonu məyus edən 3 milyon
ABŞ-da keçirilmiş prezident seçkilərində məğlub olan Hilları Klinton bütün ştatlar üzrə seçici səslərinin say nisbətinə görə Donald Trampdan 3 milyon çox səs toplayıb. Bu barədə "Hill" nəşri məlumat verib.
Türkiyə ordusu Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu nəzarətə götürdü
Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu tam nəzarətə götürüb. Məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
Rusiya Türkiyə ilə vizasız rejimə dair danışıqları "dondurur"
Rusiya səfiri Ankarada qətlə yetirildikdən sonra Moskva Türkiyə ilə vizasız rejimə dair danışıqları dayandırmağa hazırlaşır. Bu barədə "İzvestiya" nəşri Rusiya XİN-dəki mənbələrinə istinadən məlumat yayıb.
UEFA ciddi xəbərdarlıq etdi: Sanksiyalar ağır olacaq!
UEFA Xorvatiyaya sonuncu xəbərdarlıq edib. Bu barədə qurumun prezidenti Aleksandr Çeferin açıqlama verib. Belə ki, bu ölkənin futbol azarkeşləri davamlı olaraq rasist və nasist şüarlar səsləndirdikləri üçün federasiya bir neçə dəfə ağır cəzalarla üz-üzə qalıb.
Serenay Sarıkaya və daha 3 məşhurdan yeni serial
Türkiyədə yalnız internetdə yayımlanacaq seriallar çəkilməyə başlayıb. Belə layihələrdən biri də "Fi Çi Pi" bestselleri əsasında çəkilən serialdır. Ekran işinin baş rollarını Serenay Sarıkaya, Mehmet Günsür, Ozan Güven və Berrak Tüzünataç oynayacaqlar. Hər seriya 60 dəqiqə olacaq.
Putinin mətbuat konfransının vaxtı dəyişdirildi
Rusiya prezidentinin mətbuat konfransının vaxtı dəyişdirilib. Bunu Kremlin nümayəndəsi Dmitri Peskov deyib. O qeyd edib ki, RF prezidenti Vladimir Putinin böyük mətbuat konfransının vaxtı dekabrın 23-nə keçirilib. Trend.az
Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC
Maşallah Əhmədovun xəstəliyi bilindi
Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun xəstəxanaya yerləşdirilməsinin səbəbi məlum olub. M.Əhmədovun vəkili Samir Abdullayev açıqlamasında bildirib ki, veteran futbolçunun böyrəyində problem yarandığından o, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib.
İtkin düşmüş neftçilərin axtarışı sahilboyu ərazilərdə də aparılır
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.














