Türkiyə ordusu Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu nəzarətə götürdü

Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu tam nəzarətə götürüb.  Məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu tam nəzarətə götürüb.  Məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

İnformasiyaya görə, yola tam nəzarətin edilməsi ilə bağlı keçirilən əməliyyat nəticəsində terrorçu İŞİD qruplaşmasının 15 silahlısı öldürülüb, terrorçuların 48 sığınacaq və istehkamı məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri  120 gündür Suriyada "Fırat Kalkanı" ("Fərat qalxanı") adı altında antiterror əməliyyatı keçirir.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31