Klintonu məyus edən 3 milyon

ABŞ-da keçirilmiş prezident seçkilərində məğlub olan Hilları Klinton bütün ştatlar üzrə  seçici səslərinin say nisbətinə görə Donald Trampdan 3 milyon çox səs toplayıb. Bu barədə "Hill" nəşri məlumat verib.

ABŞ-da prezident seçkilərinin nəticələrinin hesablanması başa çatıb. Hilları Klinton hesablanmış bülletenlərə əsasən 65 844 610 səs (48,2%), Donald Tramp isə 62 979 636 səs (46,1%) toplayıb.
 
Qeyd edək ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 304, Hillari Klinton isə 227 səsini toplayıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31