Çin 5G standartının tətbiqinə hazırlaşır

Çinin nəhəng telekommunikasiya korporasiyası olan “China Mobile” 2020-ci ildə yeni 5G formatını dəstəkləyən cihazların istehsalını planlaşdırır.  

Çinin nəhəng telekommunikasiya korporasiyası olan "China Mobile" 2020-ci ildə yeni 5G formatını dəstəkləyən cihazların istehsalını planlaşdırır.
 
İKT.lent.az-ın "vistanews.ru" saytına istinadən verdiyi məlumata görə, tərtibatçılar bunun texnologiya sahəsində əsl sıçrayış olacağını bildirirlər.

5G rabitə formatı unikal sürətə - saniyədə təxminən 1 giqabayt sürətə malik olacaq. 4G şəbəkəsində analoji göstəricilər xeyli zəifdir.
 
Beşinci nəsil rabitə standartlarına uyğun smartfonların istehsalı isə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına təsadüf edəcək. Tərtibatçılar 5G formatlı cihazların tətbiqi prosesini Olimpiadanın əvvəlinə qədər yekunlaşdırmaq niyyətindədirlər.
 
"China Mobile" şirkətində yeni nəsil rabitənin əsas texniki xüsusiyyətlərini hələlik açıqlamırlar. Yalnız məlumdur ki, bütün cihazların vahid platformada yaradılması təklif edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31