"Bu sui-qəsdin Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik"
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini kəskin şəkildə qınayır və lənətləyirik. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
20 Dekabr 2016 18:38 SiyasətRusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini kəskin şəkildə qınayır və lənətləyirik. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Diplomat qeyd edib ki, bütün günahkarlar Türkiyə ədalət məhkəməsi qarşısında cavab verəcəklər:
"Türkiyə-Rusiya münasibətlərinin normallaşaraq əvvəlkindən də irəli getməyə başladığı və Moskvada Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşünün təşkil ediləcəyi bir dönəmdə bu mənfur hücumun edilməsi düşündürücüdür. Bu sui-qəsdin Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik".
E.Özoral bildirib ki, bu hücum terrorun ən iyrənc və vəhşi üzünü göstərdi: "Türkiyə Rusiya və bütün digər tərəfdaşları ilə birlikdə terrorizmlə qətiyyətlə mübarizə aparmağa davam edəcək". Trend.az