"Haynkes futbolçulara heç bir güzəşt etmirdi"
"Bayer Munix"in sabiq futbolçusu Şerdan Şakiri Yupp Haynkes haqqında danışıb. İsveçrəli havbek 2012-ci ildə onu "Basel"dən Münhen klubuna gətirən mütəxəssis barədə bunları deyib:
20 Dekabr 2016 18:58 İdman"Bayer Munix"in sabiq futbolçusu Şerdan Şakiri Yupp Haynkes haqqında danışıb. İsveçrəli havbek 2012-ci ildə onu "Basel"dən Münhen klubuna gətirən mütəxəssis barədə bunları deyib:
"Haynkes alicənab idi. Amma futbolçulara münasibətdə heç bir güzəşt etmirdi. Qaydalar hamı üçün eyni idi. Futbolçular da bunu qəbul etmişdilər. Hansısa futbolçu rəqib qapısı önündə dayanıb komanda oyununda iştirak etməyəndə Haynkes onu dərhal əvəzləyirdi. Növbəti oyunda həmin futbolçu ehtiyatda oturmalı olurdu".
Haynkes 1987-1991 və 2011-13-cü illərdə "Bavariya"nın sükanı arxasında olub. Həm də 2009-cu ildə "Bayer"ə rəhbərlik edib. Goal.az