"Artırılmış 8 dəqiqə bizi məhv etdi"

İngiltərə Premyer Liqasının 17-ci turunda baş tutan "Everton" - "Liverpul" derbisi nominal qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

İngiltərə Premyer Liqasının 17-ci turunda baş tutan "Everton" - "Liverpul" derbisi nominal qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

Matçdan sonra "Everton"un baş məşqçisi Ronald Kumanbunları deyib:

"Mövsümdə ən yaxşı birinci hissəni keçirdik. Aqressiv oynadıq. Hesabı açmaq üçün imkanlarımız vardı. İkinci hissədə daha çox əziyyət çəkməli olduq. "Liverpul"un əvəzetmələri nəticəyə təsirini göstərdi. Rəqibin hücumlarına davam gətirə bilmirdik. Bu oyunda uduzmağa layiq deyildik. Əlavə vaxtda qol buraxdığımız üçün məyusam. Artırılmış 8 dəqiqə bizi məhv etdi. Manenin necə sürətli olduğundan xəbərdaram. Amma son dəqiqələrdə qol buraxmağı haqq etmirdik". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31