"Yaralı Hələb uşaqları"nı səhnələşdirən fotoqraf həbs edildi

Bu məlumatlar Suriyada "yaralı uşaqlar"la bağlı şəkilləri iki dəfə yoxlamalı olduğunuzu göstərir. Misir polisi ekranlarınızda başqa bir yalan hekayənin ortaya çıxmasının qarşısını alıb. Misir Daxili İşlər Nazirliyinin rəsmi Facebook səhifəsində bununla bağlı video yayımlanıb.

Misir polisi "yaralı uşaqların" səhnələşdirilmiş şəkillərini çəkən şəxsi saxlayıb. O, çəkdiyi şəkilləri sosial şəbəkələrdə Suriyanın Hələb şəhərində qırğın və yaralı insanların görüntüsü kimi paylaşmağı planlaşdırıb.

"Misirin Port Səid əyalətində saxlanılan çəkim komandasına fotoqrafın köməkçisi və uşaqların valideynləri daxildir", - nazirlik sosial şəbəkədə yazıb.

Məlumata görə, polis yerli rəsmilərin qərarı ilə qanunsuz olduğu üçün dağıdılan binaların yanında olan çəkim prosesinə şahidlik edib. Boya ilə qırmızı rəngə boyanmış ağ paltarlı qızın əlində, eyni formada "qanlı" olan oyuncaq da var.

Milli.Az inter.az-a istinadla bildirir ki,fotoqraf şəkilləri Hələbdə çəkildiyi adı ilə sosial şəbəkələrdə paylaşacağını təsdiq edib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31