Rus səfiri güllələyən Mertinin sevgilisi də həbs edildi

Rusiyanın Ankarada səfirini qətlə yetirən Mövlud Mert Altıntaşla bağlı yeni məlumatlar açıqlanıb. Bu səhər qatilin dayısı da həbs edilib.

Rusiyanın Ankarada səfirini qətlə yetirən Mövlud Mert Altıntaşla bağlı yeni məlumatlar açıqlanıb. Bu səhər qatilin dayısı da həbs edilib.

Aydın vilayətinin Terrorla Mübarizə Şöbəsindən verilən açıqlamaya görə, Mövlud Mert Altıntaşın dayısı Həsən Furuncu FETÖ-yə bağlı özəl məktəblərdən birinin rəhbəri olub.

Həmin məktəb bağlanıb və Həsən Furuncu barəsində cinayət işi başlanıb. O, şəhəri tərk etməmək şərti ilə azadlığa buraxılıbmış.

Xatırladaq ki, səfirin qətli ilə bağlı Mövlud Mert Altıntaşın valideynləri, bacısı, sevgilisi, onunla eyni evdə qalan polis dostu da həbs olunub. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31