Ölkədən külli miqdarda qızıl çıxarılmasının qarşısı alınıb
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb.
20 Dekabr 2016 17:59 KriminalAzərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr mərkəzindən verilən məlumata görə, 2016-cı il dekabrın 18-də Biləsuvar gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 2 kiloqram 145 qram olan qızıl külçələri və digər qızıl məmulatlarını xarici ölkə vətəndaşları ilə sövdələşərək ölkədən çıxarmaqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - F.Allahverdiyev, F.Məmmədov, Ə.Rəhimov, E.Hüseynov və E.Seyidov saxlanılıblar. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.