Səfir müayinə olundu
Ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada rəsm qaleriyasının iştirak edərkən qətlə yetirilmişdi. Qaleriyada Türkiyə vətəndaşı olan və polis kimi fəaliyyət göstərən Mövlut Mert Altıntaş tərəfindən öldürülən səfirin cəsədi bu gün məhkəmə tibbi ekspertizası tərəfindən müayine edilib.
20 Dekabr 2016 15:27 DünyaÖtən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada rəsm qaleriyasının iştirak edərkən qətlə yetirilmişdi. Qaleriyada Türkiyə vətəndaşı olan və polis kimi fəaliyyət göstərən Mövlut Mert Altıntaş tərəfindən öldürülən səfirin cəsədi bu gün məhkəmə tibbi ekspertizası tərəfindən müayine edilib. Ağır yaralan səfir xəstəxanada yaşamla mübarizə apararkən, qatil sənət qaleriyasında təhlükəsiz hala gətirilərək öldürülüb. Hadisədən sonra polislər məkanda arşdırma aparıblar. Polislərin araşdırmaları ilə səfirə 9 güllə vurulduğu xəbəri yayılmışdı. Lakin, cəsədin tibbi müayinəsindən sonra Andrey Karlovun bədənində 11 güllə izi aşkarlandı. Araşdırmalar nəticəsində qatilin NATO standartlarına cavab verən silahla atəş etdiyi məlum olub. 9x19 kalibri olan və güllə tutumu 15+1, 18+1 və 20+1 olaraq dəyişən silahın Canik markalı silah olduğu bildirilib. Polis tərəfindən öldürülən qatilin ailəsindən üç nəfər saxlanılıb.