Qarpız kəsdim çillədə..
Bu gün artıq fəsillərin ən soyuğu olan qış gəlir. Xalqımzın təqviminə görə isə "Böyük çillə” başlayır. Əgər miladi təqviminə uyğun qış konkret üç aydırsa, əski türklərin milli təqvimində qışın 3 ayı 30 gün deyil. Bu fəsil bizim təqvimdə üç hissəyə bölünür. Birinci hissə "Böyük çillə” adlanır. "Böyük çillə” 40 gün davam edir. İkinci hissə 20 gün olan "Kiçik çillə”, 3 cü bölüm isə 30 gün olan Novruza qədər davam edən "Boz aydır”.
20 Dekabr 2016 15:30 SosialBu gün artıq fəsillərin ən soyuğu olan qış gəlir. Xalqımzın təqviminə görə isə "Böyük çillə" başlayır. Əgər miladi təqviminə uyğun qış konkret üç aydırsa, əski türklərin milli təqvimində qışın 3 ayı 30 gün deyil. Bu fəsil bizim təqvimdə üç hissəyə bölünür. Birinci hissə "Böyük çillə" adlanır. "Böyük çillə" 40 gün davam edir. İkinci hissə 20 gün olan "Kiçik çillə", 3 cü bölüm isə 30 gün olan Novruza qədər davam edən "Boz aydır".

"Böyük çillə"nin ilk günü indiki təqvimlə dekabr ayının 20 dən başlayır. Daha dəqiqi dekabrın 20 si "Böyük çillə" bayramının axşamı sayılır. Niyə bayram axşamı? Çünki min illər bundan əvvəl bütün yay boyu zəhmət çəkib, işləyib, payızda barlı -bəhrəli bağlarda , bostanlarda çalışıb-vuruşub, əkdiyini toplayıb qarlı qışa tədarük, hazırlıq görən xalqımız onun gəlişini - ayazın, soyuğun gəlişini qorxu, hürkü ilə deyil, byram olaraq qarşılayıbdır.

Bu bir növ, hay-harayla gələn təbiətin şaxtasına- çilləsinə meydan oxumaq deməkdi. Digər tərəfdən , bu gün ilin ən uzun gecəsidir. Düşünsək ki, heç bir televizya, radio, mətbuat - bir sözlə informasiya, əyləncə mənbəyi , uzun qış gecəsində "baş qatmaq üçün" heç bir vasitəsi olmayan babalarımız-nənənlərimiz bu gecələri öz başalarına gələn maraqlı əhvatlar danışar, bir- birinə qonaq gedər, söhbətlər edər , söz boğçasının ağzını açıb rəvayətlər, dastanlar danışardı. Bir növ milli folklorimiz, saz-söz sənətimiz formalaşardı. Bu gecələrin ən uzunun da isə daha çox münasibət qurulur, söz-söhbət də uzun olurdu. Deməli, bu gündın sonra həm də günlərin qısalması dayanır.
Bundan sonra isə günlər uzanacaq və təbii ki, gecələrin qısalması başlayacaq. Məhz bu əlamət də "Böyük çillə"nin gəlişini bayram kimi qeyd edilib, Günəşin daha çox işıq saçması kimi dəyərləndirilib. "Çillə" sözünün mənası xalqımızın deyimlərində həm də "çətinlik", "ağırlıq", "əziyyət " ifadəsi ilə sinonimdir. Bu sözü daha çox keçmiş ovçuların tüfəngi düz atmayanda işlədirdilər "Tüfəng çilləyə düşüb deyirdilər." Bundan başqa bayatılarda və nəğməlrdə də rastımıza çıxır. "Böyük çillə" qışın digər hissələrinə, daha dəqiqi "Kiçik Çilləyə" nisbətən üzüyola, mülayımdir.

Bu ərəfədə o qədər də qar, sərt şaxta, boran, çovğun olmur. Olsa belə ,o qədər də qorxulu olmur. Onun başlanması xalqımızın arasında xüsusi mərasimlərlə qeyd edilir. Bu ənənə Naxçıvan və Cənubi Azərbaycanda daha təmtəraqla qeyd edilir. Bayramda süfrəyə düzülən nemətlər, şirinilər, müxtəlif adda dadlı yeməklər həm də toplanan ruzini ,bərəkəti sərgiləməklə, göstərməklə soyuq Qışa meydan oxumaqdır. Yəni, "biz səndən qorxmuruq!" Böyük çillə" nin ən əlamətdar ruzisi Çillə qarpızıdır. Bu qarpız növü Naxçıvanda xüsisi olaraq yetişdirilir. Onun qabığı digərlərinə nisbətən daha qalındır və gec yetişir. Ona görə də təbii şəraitdə, heç bir soyuducuda saxlanmadan uzun müddət qala bilir.

Bu qarpızı el adətincə sentyabr-oktyabr aylarında toplayıb samanlıqlarda quru otun, samanın arasında saxlayırdılar. Burda təbii ,münbit hava şəraiti Çillə qarpızını xarab olmağa qoymur və bu gün- "Çillə bayramı"nın axşamında ailə üzvlərinin iştirakı ilə onu kəsirlər. Bu qarpızın kəsilməsi təkcə yemək üçün deyil, həm də qışın necə keçəcəyi ilə bağlı fala baxmalarla müşayət olunur. Belə ki, qarpızın saplaq tərəfindən kiçik bir hissəsi dairəvi şəkildə kəsilir. Sonra dörd yerə bölünür. Niyyət edilib yerə atılır. Əgər qarpızın yaşıl tərəfi sayca çox düşərsə ,yəni 3-1 nisbətində , və ya 4 dü də eyni olarsa qış isti, yaşıllıqlarla müşayət olacaq. Yox əgər içəri tərəfi , yəni adətən çəhrayı rəngdə olan tərəfi çox düşərsə soyuq keçəcək.

Hər iki rəngin bərabərliyi, 2:2 kimi düşərsə, onda qış mülayim olacaq. Bu qarpızla falabaxmanın qaydasıdır və min illər bu inanc sistemi kimi qəbul edilib. Digər bir tərəfdən nemət kimi qarpızın seçilməsi də təsadüfü deyil. Görkəmli alim, tanınmış etnoqraf Hacı Qadir Qədirzadə ilə dəflərlə etdiyimiz söhbətlərdə vurğulayıb ki, qarpız əski türklərdə Yer kürəsinin simvolu kimi qəbul edilib. Bundan başqa qarpızın içərisinin necəliyini əvvəlcədən təyin etmək çox çətindir. Bu tərəvəzin özü də həmişə bir müəmma , sirr kimi qəbul edilib. Qarpız həm də paylaşma sevən nemətdir. Onu dilimləyərək bir neçə adamın arasında bölüşmək olar. Bu həm də qarşıdan gələn qarlı qışın çilləsini, çətinliyini bərabər paylaşmaq anlamına da gələ bilər.
"Çillə bayramı"nda Naxçıvanda bir qayda olaraq nişanlı qızlara oğlan evi tərəfindən, yeni ailə quraraq bu bayramı ər evində keçirən gəlinlərə isə qız evi tərəfindən mütləq bayramlıq aparılır. Bayramlığın ortasında isə təbii ki, bəzənmiş "Çillə qarpızı " olmalıdır. Yardımlaşma, bir- birinə əl uzatma , qışa meydan oxuma bayramı olan "Çillə bayramınız" mübarək !
Səməd Canbaxşiyev