Sumqayıtda müasir metallurgiya kompleksinin tikintisinə dair saziş imzalanıb

Dekabrın 20-də Bakı Biznes Mərkəzində "Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər" mövzusunda tədbir keçirilib.

Dekabrın 20-də Bakı Biznes Mərkəzində "Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər" mövzusunda tədbir keçirilib. "Olaylar" xəbər verir ki, 
İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Sumqayıtda tikiləcək metallurgiya kompleksi yeni iş yerlərinin açılmasında, bu sahədə idxaldan asılılığın azalmasında və ixracın genişləndirilməsində əhəmiyyətli olacaqdır. SKSP-də fəaliyyət göstərəcək Peşə Tədris Mərkəzi yaradılacaq metallurgiya kompleks üçün də kadr hazırlaya bilər.
İtaliyanın "Danieli" şirkətinin İdarə Heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedetti Azərbaycanda əlverişli biznes mühitinin olduğunu, xarici investorlar üçün əlverişli şəraitin yaradıldığını bildirib, son zamanlar sahibkarlıq sahəsində aparılan islahatları yüksək qiymətləndirib. Metallurgiya kompleksi barədə məlumat verən Gianpietro Benedetti bildirib ki, bu layihənin həyata keçirilməsi nəticəsində Sumqayıtda 5 metallurgiya zavodunu özündə birləşdirən metallurgiya klasteri yaranacaq. Klasterin yaranması Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər istehsal zəncirinin yaranmasını təmin edəcək. Gianpietro Benedetti yeni nəsil texnologiyaları əsasında inşa ediləcək kompleksin unikal layihə olduğunu, xərclər və keyfiyyət baxımından səmərəliliyini qeyd edib."Baku Steel Company" MMC-nin baş direktorunun müavini Ramin Kərimov metallurgiya kompleksinə daxil olacaq zavodlar barədə təqdimatla çıxış edib. Ramin Kərimov həmçinin, təmsil etdiyi qurum barədə məlumat verərək istehsal gücü 1 mln. ton olan poladəritmə zavodunda müasir istehsal sahələrinin yaradıldığını və hazırda azkarbonlu poladdan yüksək keyfiyyətli metal məmulatlarının istehsal edildiyini diqqətə çatdırıb. İstehsal edilən məhsullar daxili bazarla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və digər ölkələrə ixrac edilir.Sonra Sumqayıtda müasir metallurgiya kompleksinin tikintisinə dair "Baku Steel Company" MMC ilə İtaliyanın "Danieli" şirkəti arasında saziş imzalanıb. Saziş çərçivəsində Sumqayıtda dəyəri 1,225 milyard avro olan dəmir konsentratından başlayaraq hazır polad təbəqələrinin istehsalını əhatə edən 5 müasir metallurgiya zavodunun tikilməsi nəzərdə tutulur. Kompleksin tikintisi zamanı 4000-ə yaxın, müəssisə fəaliyyətə başladıqdan sonra isə 1200 nəfər işlə təmin olunacaqdır. Bu kompleksin tikintisi metallurgiya sənayesi sahəsində müxtəlif çeşiddə məhsulların istehsalının genişləndirilməsinə və ölkənin ixrac potensialının artırılmasına töhfə verəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31