Gündəm
Seysmik tədqiqat işləri aparılıb
“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin Kəşfiyyatgeofizika İstehsalat Bölümü tərəfindən Yevlax-Ağcabədi neftli-qazlı rayonunun Zərdab-Şıxbağı-Qışlaq sahəsində seysmik, qravimetrik və maqnitometrik üsullarla tədqiqat işləri həyata keçirilib.
Millət vəkilindən beynəlxalq təşkilatıara irad
“Erməni girovluğundakı Dilqəm Əsgərov mərd kişidir. Doğmaları narahat olmasın deyə hər cür çətinlikləri gizlədən biridir. İndiyədək yazdığı məktublardan da bu, aydınca görünürdü”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. Millət vəkili qeyd edib ki, ancaq indi o, ürəyində, başında və ayağında şiddətli ağrıların olduğunu yazırsa, demək, vəziyyəti çox ağırdır: “Ermənistandakı cinayətkar-terrorçu rejimdən onun və Şahbaz Quliyevin tezliklə azadlığa buraxılmaları tələb edilməlidir. Bilirəm, həm dövlət səviyyəsində, həm də cəmiyyət olaraq bu tələblər dəfələrlə səsləndirilib. Ötən həftə AŞPA-da həmkarım Vüsal Hüseynov da qurumun baş katibindən bu məsələdə yardımçı olmalarını istəmişdi.
Regional inkişafın yeni mərhələsi başlayacaq
Dünyada mövcud olan iqtisadi və maliyyə böhranı, çətinliklərə baxmayaraq Azərbaycan öz inkişaf yolunu davam etdirir. İqtisadiyyatımızın müəyyən edilmiş istiqamətdə inkişafı ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına öz müsbət təsirini göstərir. Parelel olaraq həyata keçirilən regional proqramlar da ölkənin inkişafını şərtləndirən amillərdəndir və sözügedən proqramların ümumilikdə Azərbaycanın hərtərəfli inkişafında müstəsna rolu olub. Elə yanvarın 30-da Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illər sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın üçüncü ilinin yekunlarına həsr olunmuş konfransında da bu məqam xüsusi olaraq qeyd edildi.
Vergi öhdəliyi hansı halda və müddətdə uzadıla bilər?
Son vaxtlar ölkədə vergi öhdəliyi ilə bağlı müzakirlər artmaqdadır. Hüququ və fiziki şəxsləri ən çox maraqlandıran məsələlərdən biri də vergi öhdəliyinin icrası, eləcə də bu öhdəliyin müddəti ilə bağlıdır.
Ermənistana və dünyaya mesaj
Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam sözügedən kənd sakinləri tərəfindən də rəğbətlə qarşılanıb. Artıq sərəncamda əksini tapmış məsələlərin icrasına start verilib.
Ermənistan Azərbaycanın artan hərbi və diplomatik gücündən narahatdır
Azərbaycanın artan diplomatik və siyasi təzyiqləri fonunda çətin duruma düşən işğalçı Ermənistanın mövcud hakimiyyəti vəziyyətdən çıxış yolları tapmaq üçün var-gəl edir. Xüsusilə, arzuedilməz situasiyanın parlament seçkiləri ərəfəsində müşahidə edilməsi Sərkisyan hakimiyyətini dalana dirəyib. Yaranmış vəziyyətdən çıxmaq, seçkilərdə hakim partiyanın qələbəsini təmin etmək üçün Sərkisyan ənənəvi müttəfiqləri olan Rusiya və İrana istiqamət götürüb. Belə ki, aqressiv və işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan Moskva və Tehrandan silahlar almaqla diplomatik və siyasi sahədə üzləşdiyi məğlubiyyəti hərbi sahə ilə tarazlaşdırmağa çalışır. Ancaq Sərkisyanın bu cəhdlərinin də səmərəsiz olacağı aydın görünür.
Regionların sosial-iqtisadi inkişafı üçün çox işlər görülüb
Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Konfransda çıxış edən dövlət başçısı proqramın icrasına diqqət çəkərək görülən işlər, əldə edilən nailiyyətlər, eləcə də qarşıda duran vəzifələr barədə danışıb. Azərbaycan Prezidenti hər zamankı kimi yenə də bir sıra vacib məsələlərə toxunaraq müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Prezident bildirib ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib və bütün əsas vəzifələr icra olunub. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 faiz artıb. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik.
Vahid aylıq müavinət kimlərə verilməyəcək?
Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarı cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub. Hətta yayılan xəbərlər sırasında məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin indiyə qədər nəzərdə tutulan güzəşt və müavinətlərdən məhrum olunacaqları da yayılan xəbərlər sırasındadır.
Dərin islahatlar nəticəsində ölkənin inkişafı təmin edilib
Yanvarın 30-da Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda geniş nitq söyləyən dövlət başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib.
Uruqvay millisinin üzvü "Barselona"da
"Barselona" qış transfer dönəminin ilk keçidini reallaşdırıb. Kataloniya klubu müdafiəçi transfer edib.
XIX əsrə məxsus tarixi eksponatlar muzeyə təqdim olundu
Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq yeni hədiyyələrlə zənginləşir. Belə ki, Şamaxı zadəganları nəslindən Adil bəy Cəbrayılbəyliyə məxsus şəxsi əşyalar onun qohumu Ş.Qasımov tərəfindən Muzeyə təqdim edildi.
BANM-də yeni tədris mərkəzi qurulub
“Schneider Electric” şirkətinin Azərbaycandakı nümayəndəliyi Bakı Ali Neft Məktəbində istehsalatda texnoloji proseslərin təhlükəsizliyinin təmin edilməsi və qəzaların qarşısının alınması məqsədi ilə müasir tipli Triconex Demo avtomatlaşdırılmış sistemini qurub.
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.
Turistlər üçün Avropanın ən ucuz 10 şəhəri
PriceOfTravel portalı turistlər üçün Avropanın ən ucuz şəhərlərinin siyahısını dərc edib. Siyahıda ilk sırada Bolqarıstanın paytaxtı Sofiya qərarlaşıb. Ekspertlər qeyd ediblər ki, Sofiyada yemək, nəqliyyat və digər xərclər üçün turistlərə gündəlik 24 dollar kifayətdir.
TƏCİLİ: DAHA BİR Azərbaycanlı məşhur dünyasını dəyişdi - ŞOK
Azərbaycanlı klarnet ifaçısı Nadir Talıbov dünyasını dəyişib. Bu barədə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu məlumat verib: "Mənim üçün bu xəbəri eşitmək çox ağır oldu. Nəfəsli alətlərin mahir ifaçısı Nadir Talıbova Allah rəhmət eləsin. Bu Azərbaycan nəfəsli alətlər ifaçıları və musiqiçiləri üçün böyük itkidir. Allahdan rəhmət, ailəsinə isə səbr diləyirəm".














