Ermənistan Azərbaycanın artan hərbi və diplomatik gücündən narahatdır

Azərbaycanın artan diplomatik və siyasi təzyiqləri fonunda çətin duruma düşən işğalçı Ermənistanın mövcud hakimiyyəti vəziyyətdən çıxış yolları tapmaq üçün var-gəl edir. Xüsusilə, arzuedilməz situasiyanın parlament seçkiləri ərəfəsində müşahidə edilməsi Sərkisyan hakimiyyətini dalana dirəyib. Yaranmış vəziyyətdən çıxmaq, seçkilərdə hakim partiyanın qələbəsini təmin etmək üçün Sərkisyan ənənəvi müttəfiqləri olan Rusiya və İrana istiqamət götürüb. Belə ki, aqressiv və işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan Moskva və Tehrandan silahlar almaqla diplomatik və siyasi sahədə üzləşdiyi məğlubiyyəti hərbi sahə ilə tarazlaşdırmağa çalışır. Ancaq Sərkisyanın bu cəhdlərinin də səmərəsiz olacağı aydın görünür.

Yerevan bu narahatlığı Moskva və Tehranın dəstəyi ilə aradan qaldırmaq istəyir

Azərbaycanın artan diplomatik və siyasi təzyiqləri fonunda çətin duruma düşən işğalçı Ermənistanın mövcud hakimiyyəti vəziyyətdən çıxış yolları tapmaq üçün var-gəl edir. Xüsusilə, arzuedilməz situasiyanın parlament seçkiləri ərəfəsində müşahidə edilməsi Sərkisyan hakimiyyətini dalana dirəyib. Yaranmış vəziyyətdən çıxmaq, seçkilərdə hakim partiyanın qələbəsini təmin etmək üçün Sərkisyan ənənəvi müttəfiqləri olan Rusiya və İrana istiqamət götürüb. Belə ki, aqressiv və işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan Moskva və Tehrandan silahlar almaqla diplomatik və siyasi sahədə üzləşdiyi məğlubiyyəti hərbi sahə ilə tarazlaşdırmağa çalışır. Ancaq Sərkisyanın bu cəhdlərinin də səmərəsiz olacağı aydın görünür.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Ermənistan prezidenti Serj Sərkisyan hazırda Azərbaycanın getdikcə artan hərbi gücündən narahatdır və ölkəsinin bu çətin durumdan çıxarılması üçün Rusiya və İranla hərbi əməkdaşlığı genişləndirmək siyasətini aparır. Ona görə də Ermənistanın müdafiə naziri Vigen Sərkisyanı son bir həftə ərzində Rusiyaya, ardınca İrana səfərə göndərməsi, bu ölkələrlə Azərbaycan əleyhinə yönəlmiş hərbi əlaqlərin qurulmasından xəbər verir: "Erməni nazirin Moskvada Rusiya müdafiə nazirinin birinci muavini Ruslan Tsalikovla görüşündə iki ölkə arasında hərbi əlaqlərin inkişaf perspektivləri, həmçinin Rusiyanın Ermənistana hərbi yardımları müzakirə olunub. Bu görüşdə Rusiyanən hərbi güc nazirinin birinci muavininin Cənubi Qafqazda Ermənistanı Kremlin yeganə müttəfiq adlandırması, bu ölkənin ordusunun inkişafına verdiyi töhfəni dilə gətirməsi, Moskanın Yerevana hərbi dəstəyinin nümunəsidir". Politoloq deyir ki, Qarabağ danışıqlarının hazırda aparılmadığına və cəbhədə hər gün gərginləşən vəziyyət fonunda erməni nazirin Azərbaycanın iki qonşu dövlətinə səfəri diqqət çəkicidir və bunu Azərbaycan əleyhinə yönəlmiş səfər hesab etmək olar: "Çünki, bu səfər və danışıqların Azərbaycanla normal qonşuluq siyasəti quran Rusiya xüsusilə, İranla aparılması narahatedicidir. İran görünür ötən ilin aprelində Azərbaycanın hərbi uğurundan narahatdır və Ermənistana dəstək verməklə status-kvonun Azərbaycanın xeyrinə dəyişməsini özünnün geosiyasi maraqlarına zidd hesab edir. Ermənistan tərəfi Azərbaycanın artan hərbi gücündən çəkinməkdədir və bu səfərlərlə hər iki ölkənin Ermənistanın yanında olduğu görüntüsünü yaradır. Qeyd edim ki, Vigen Sərkisyanın İrana səfəri, birbaşa Rusiyanın icazəsi ilə baş tutub. Çünki, Rusiyanın icazəsi olmadan Ermənistanın heç bir ölkə ilə hərbi əməkdaşlığı mümkün deyil. Rusiyanın Ermənistanı silahlandırması və burada öz qoşununu yerləşdirməsi aydındır. Amma, İranın işğalçı ölkənin müdafiə nazirini qəbul etməsi sual doğurmaya bilməz. Çünki, İran Ermənistanla iqtisadi-siyasi əlaqlərə malikdir. Tehranın bu əlaqələri hərbi müstəviyə keçirməsi Azərbaycana təzyiq formalaşdırmaq istəyindən irəli gəlir. Belə bir qənaət formalaşır ki, İran işğalçı ölkə ilə hərbi əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlıq birbaşa Azərbaycanın ərazilərinin işğalda qalmasına zəmin yaradır. İran bununla, Azərbaycana təzyiq mexanizmini fikirləşirsə, həmin siyasət İran əleyhinə atılmış addım ola bilər. Haqlı olaraq, sual yaranır ki, İran Ermənistanın hansı hərbi potensialına görə əməkdaşlıqda maraqlıdır? Halbuki, Ermənistanın bütün hərbi sənaye kompleksi Rusiyanın ixtiyarındadır. Və Rusiya, Ermənistanla birgə ordu yaratmaqdadır. Həmçinin Ermənistanın, o qədər vəsaiti yoxdur ki, digər ölkələrdən silah alsın. Belə olan təqdirdə, İranın silah ticarəti adı ilə Ermənistanla əməkdaşlığı yalnız işğalçıya dəstəkdən irəli gəlir". Məhəmməd Əsədullazadə hesab edir ki, erməni nazirin Tehran səfərində İranla birgə hərbi təyinatlı müəssisələrin açılmasında və düşmən ölkəyə müəyyən silahların verilməsində hər hansı müqavilə bağlaması danışıqlar predmeti olması istisna deyil: "Əgər İran belə bir addım atarsa, bu Azərbaycanla qonşuluq siyasətinə zidd addım olar. Bu həm də Qarabağda terrorçuları silahlandırmaq deməkdir. Ölkələrimiz hazırda birgə iqtisadi lahiyələr həyata keçirir. Tehranla Bakı arasında "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə ölkələr arasında əlaqələrin inkişafı nəzərdə tutulur. Hesab edirəm, İran tərəfi Azərbaycanla hərbi əməkdaşlıqda maraqlıdırsa, işğalçı Ermənistanın müdafiə nazirinin səfər proqramını minimuma endirməlidir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31