BANM-də yeni tədris mərkəzi qurulub

“Schneider Electric” şirkətinin Azərbaycandakı nümayəndəliyi Bakı Ali Neft Məktəbində istehsalatda texnoloji proseslərin təhlükəsizliyinin təmin edilməsi və qəzaların qarşısının alınması məqsədi ilə müasir tipli Triconex Demo avtomatlaşdırılmış sistemini qurub.

"Schneider Electric" şirkətinin Azərbaycandakı nümayəndəliyi Bakı Ali Neft Məktəbində istehsalatda texnoloji proseslərin təhlükəsizliyinin təmin edilməsi və qəzaların qarşısının alınması məqsədi ilə müasir tipli Triconex Demo avtomatlaşdırılmış sistemini qurub. "OLAYLAR"-ın xəbərinə görə, BANM-in yeni kampusunda "Schneider Electric" şirkəti ilə yaradılan tədris mərkəzində bu sistemdən istifadə etməklə həm BANM-in tələbələri, həm də SOCAR-ın mütəxəssisləri üçün təlim proqramları nəzərdə tutulub. Tədris mərkəzinin bu qurğu ilə təmin olunmasında məqsəd təlimlərin keçirilməsi ilə yanaşı, burada tədrisə texniki və elmi-metodik dəstəyin verilməsidir. Bu təlimlərdə iştirak gələcək mühəndislərə və neft şirkətinin işçilərinə Triconex Demo sistemi haqqında əsas biliklər əldə etməyə imkan verəcək. Mütəxəssislər mərkəzdə texnoloji proseslərin təhlükəsizliyinin avtomatlaşdırılması sahəsində ən müasir texnologiyalarla tanış olacaq və təhlükəsizlik texnikası sahəsində öz biliklərini artırmaq imkanı qazanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31