Vahid aylıq müavinət kimlərə verilməyəcək?
Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarı cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub. Hətta yayılan xəbərlər sırasında məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin indiyə qədər nəzərdə tutulan güzəşt və müavinətlərdən məhrum olunacaqları da yayılan xəbərlər sırasındadır.
31 Yanvar 2017 14:27 SosialNazirlər Kabinetinin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərarı cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub. Hətta yayılan xəbərlər sırasında məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin indiyə qədər nəzərdə tutulan güzəşt və müavinətlərdən məhrum olunacaqları da yayılan xəbərlər sırasındadır.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2017-ci il 1 yanvar tarixindən qüvvəyə minın qərarında söhbət müavinətlərin ləğvindən deyil, vahid aylıq müavinətin ödənilməsindən gedir. Belə ki, qərarda vahid aylıq müavinətin məbləği adambaşına 36 manat müəyyən edilib. Onu da qeyd edək ki, bu Qayda "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb. Yeni qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Bəs, aylıq müavinətin kimlərə verilməsi nəzərdə tutulur? Yeni qaydaya əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: Ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, "məcburi köçkün" statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); hər iki valideyni "məcburi köçkün" statusuna malik olan uşaqlara; "məcburi köçkün" statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara. Bununla yanaşı, Qaydada aylıq müavinətin şamil edilmədiyi kəsim də müəyyən edilib. Beləliklə, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilməyəcək. Bunlar məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) ; məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olmaqla); məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara və onların uşaqlarına; məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara; "məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlardan ibarətdir. Həmçinin valideynlərdən biri "məcburi köçkün" statusuna malik olmayan uşaqlara; səfərbərlikdən yayınmış, fərarilik etmiş "məcburi köçkün" statusu olan şəxslərə; "məcburi köçkün" statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə; "məcburi köçkün" statusuna malik olub başqa ölkəyə müvəqqəti getmiş və təqvim ilində cəmi 182 günədək müddətdə geri qayıdan məcburi köçkünlərə (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə; Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş "məcburi köçkün" statusu olan şəxslərə; dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən zabitlərə və digər məsul vəzifəli şəxslərə; Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, həmin müddət başa çatanadək) və nəhayət, 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqları da bu hüquqdan yararlana biməyəcəklər. Sonda onu da qeyd edək ki, əldə etdiyimiz məlumata görə, yeni qayda qüvvəyə mindikdən sonra boşanmaq üçün məhkəmələrə müracit edən məcburi köçkünlərin sayı artıb. Belə ki, məcburi köçkün statsu olmayan şəxslərə ərə gedən qadınlar boşanma yolu ilə köçkün statusunu bərpa edərək aylıq müvinət almaq niyyətinə düşüblər.
Alim