Gündəm
Seçicilərin ələ alınması üçün verilən rüşvət 100 dollara çatacaq
Ermənistanda qarşıdan gələn parlament seçkilərində hər bir seçicinin ələ alınması üçün verilən rüşvət 100 dollara çatacaq.
Ermənistanda qubernator istefa verdi
Ararat vilayətinin qubernatoru Rubik Abramyan istefa ərizəsi yazıb. Bu barədə məlumatı şəhər administrasiyası da təsdiqləyib. Rubik Abramyan keçmiş baş nazir Ovik Abramyanın kadrı hesab olunurdu.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilə bilər - Rusiyanın iştirakı ilə
"Bəzi təkliflər var ki, Rusiya tərəfinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin.
Təyyarədə 14 kiloqram narkotik tapıldı
American Airlines şirkətinin yük hissəsində 14 kiloqram narkotik vasitə aşkar olunub.
"Trampın müsəlman ölkələri ilə bağlı qərarına düzəliş edilməlidir" - ŞƏRH
“Prezident Donald Trampın bəzi müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişinin qadağan edilməsinə dair sərəncamında dəyişikliklərin edilməsi zəruridir”. Bunu millət vəkili, politoloq Rasim Musabəyov deyib. O bildirib ki, əgər həmin ölkələrdən olan şəxslərin Birləşmiş Ştatlarda yaşamaq hüququ varsa, onlara həmin ölkədə taşamağı qadağan etmək doğru deyil: “Eyni zamanda qərar verilməzdən əvvəl qanuni şəkildə ABŞ-a viza alan şəxslərin təyyarələrdən düşürülməsi də tamamilə qanuna ziddir. Ona görə də bu məsələlərdə yəqin ki, düzəlişlər ediləcək”.
Politoloq: “Qara təbliğat öz əks effektini verdi”
“Keçən ilin aprel döyüşləri zamanı əldə olunan nailiyyətlərdən sonra ordumuzun işğaldan azad olunmuş yüksəkliklərdə möhkəmlənməsi bu mövqelərin bir daha düşmənə təslim edilməyəcəyi əminlyini yaradır. Bəzən “Aprel” əməliyyatının mahiyyətini azlatmaq cəhdlərinə də rast gəlirik.Bu ən azından Vətən torpağı uğrunda şəhid olan əsgərlərimizin ruhuna qarşı edilən bir hörmətsizlikdir”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Məşhur iş adamının OĞLU OĞURLANDI - Avtomobili yandırılmış halda tapıldı
Antaliyada keçmiş bələdiyyə üzvü və iş adamı İsmail Ertenin oğlu Süleyman Ertenin silahlı bir şəxs tərəfindən qaçırıldığıyla bağlı polisə məlumat verib.
Keçmiş məhkumlardan silah götürülüb
Polis əvvəllər məhkum olunmuş Bakı şəhər sakinini saxlayıb. “Olaylar”ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Fərəcullayevdən “AKS-74” markalı avtomat silahı, 600 ədəd avtomat patronu və 3 ədəd patron darağı götürülüb.
Quba sakin intihar edib
Quba rayonunda 56 yaşlı kişi intihar edib. Məlumatına görə, hadisə Quba şəhərinin 223-cü Atıcı Diviziyası küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Belə ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Nazim Ağacan oğlu Allahverdiyev yaşadığı evdə asılmış vəziyyətdə tapılıb. Hadisə şahidləri dərhal Quba Rayon Polis Şöbəsinə (RPŞ) məlumat veriblər. Faktla bağlı Quba RPŞ-də araşdırmalara başlanılıb.
Səbaildə 18 dilənçi saxlanıb
Səbail rayonu ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan şəxslər saxlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılıb. Saxlanılan şəxslər barəsində protokol tərtib edilib.
Oğurluğun üstü 5 aydan sonra açıldı
Ötən il avqustun 30-da Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin zirzəmisindən 400 metr elektrik kabeli və təmir-tikinti alətləri oğurlanıb.
Kürün suyu 50 sm azalıb
“Yanvar ayı ərzində Kür çayının aşağı hissəsində suyun səviyyəsində orta hesabla 30-50 sm azalma qeydə alınıb”.
Prokurorluq Qafqaz Universitetini Gülən ideyalarının təbliğatçısı adlandırıdı
İstanbul Prokurorluğu Türkiyədə, eləcə də ölkədən kənarda Fəthullah Gülən hərəkatı ideyalarının təbliği ilə məşğul olan ali təhsil ocaqlarının siyahısını açıqlayıb. Həmin siyahıya Azərbaycanda bir müddət öncə ləğv olunmuş Qafqaz Universitetinin də adı salınıb.
Gecə 1-3 dərəcə şaxta olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 01-də fasilələrlə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Soydaşımız Rusiyada nazir müavini təyin edilib
Soydaşımız Azər Talıbov Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilib. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Rusiyanın Baş naziri Dmitri Medvedev bu barədə 2017-ci ilyanvarın 30-da sərəncam imzalayıb.














