Seçicilərin ələ alınması üçün verilən rüşvət 100 dollara çatacaq
Ermənistanda qarşıdan gələn parlament seçkilərində hər bir seçicinin ələ alınması üçün verilən rüşvət 100 dollara çatacaq.
31 Yanvar 2017 14:06 DünyaErmənistanda qarşıdan gələn parlament seçkilərində hər bir seçicinin ələ alınması üçün verilən rüşvət 100 dollara çatacaq. Bunu Ermənistanda çıxan "Joqovurd" ("Xalq") qəzeti yazıb. Nəşrin yazdığına əsasən, seçkiqabağı dövrdə Ermənistan sakinlərinə çoxsaylı rüşvət təklifləri edilməyə başlanıb. Məlumata görə, qəzet redaksiyasına bu məsələ ilə bağlı çoxsaylı məlumatlar daxil olmaqdadır. Xəbərdə bildirilib ki, hakim Ermənistan Respublikaçılar Partiyası seçkidə saxtakarlıqlar etməyə hazırlaşır: "Ötən seçkidə hər seçiciyə 5-10 min dram rüşvət (təqribən 1-2 dollar - "Report") verilirdisə, bu keçiriləck eyni siyasi kampaniyada səsləri almaq üçün seçicilərə 100 dollar məbləğində rüşvət təklif ediləcək".
Qeyd edək ki, bu il aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Report.az