Gecə 1-3 dərəcə şaxta olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 01-də fasilələrlə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin "Olaylar" - a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 01-də fasilələrlə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında fevralın 01-də arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 9-14, gündüz 1-6 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31