Soydaşımız Rusiyada nazir müavini təyin edilib
Soydaşımız Azər Talıbov Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilib. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Rusiyanın Baş naziri Dmitri Medvedev bu barədə 2017-ci ilyanvarın 30-da sərəncam imzalayıb.
31 Yanvar 2017 13:25 SosialSoydaşımız Azər Talıbov Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilib. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Rusiyanın Baş naziri Dmitri Medvedev bu barədə 2017-ci ilyanvarın 30-da sərəncam imzalayıb.
Azər Talıbov bu vəzifəyə təyin olunana qədər Rusiya Mərkəzi Bankı sədrinin katibliyinin rəhbəri olub. İqtisad iİnkişaf Nazirliyində isə soydaşımız bu vəzifədən yenicə getmiş İqor Revanı əvəz edəcək.
1979-cu ildə Moskva şəhərində doğulan Azər Talıbov 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutda magistr dərəcəsi alıb. 2002-ci ildən 2008-ci ilədək İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.