Oğurluğun üstü 5 aydan sonra açıldı
Ötən il avqustun 30-da Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin zirzəmisindən 400 metr elektrik kabeli və təmir-tikinti alətləri oğurlanıb.
31 Yanvar 2017 13:35 SosialÖtən il avqustun 30-da Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin zirzəmisindən 400 metr elektrik kabeli və təmir-tikinti alətləri oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs saxlanıb. Araşdırma zamanı onun Bakı şəhər sakini Sənan Babayev olduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31