Millət vəkilindən beynəlxalq təşkilatıara irad
“Erməni girovluğundakı Dilqəm Əsgərov mərd kişidir. Doğmaları narahat olmasın deyə hər cür çətinlikləri gizlədən biridir. İndiyədək yazdığı məktublardan da bu, aydınca görünürdü”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. Millət vəkili qeyd edib ki, ancaq indi o, ürəyində, başında və ayağında şiddətli ağrıların olduğunu yazırsa, demək, vəziyyəti çox ağırdır: “Ermənistandakı cinayətkar-terrorçu rejimdən onun və Şahbaz Quliyevin tezliklə azadlığa buraxılmaları tələb edilməlidir. Bilirəm, həm dövlət səviyyəsində, həm də cəmiyyət olaraq bu tələblər dəfələrlə səsləndirilib. Ötən həftə AŞPA-da həmkarım Vüsal Hüseynov da qurumun baş katibindən bu məsələdə yardımçı olmalarını istəmişdi.
31 Yanvar 2017 14:45 Siyasət"Bu, ikili standart deyil, rəzillikdir"
"Erməni girovluğundakı Dilqəm Əsgərov mərd kişidir. Doğmaları narahat olmasın deyə hər cür çətinlikləri gizlədən biridir. İndiyədək yazdığı məktublardan da bu, aydınca görünürdü". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. Millət vəkili qeyd edib ki, ancaq indi o, ürəyində, başında və ayağında şiddətli ağrıların olduğunu yazırsa, demək, vəziyyəti çox ağırdır: "Ermənistandakı cinayətkar-terrorçu rejimdən onun və Şahbaz Quliyevin tezliklə azadlığa buraxılmaları tələb edilməlidir. Bilirəm, həm dövlət səviyyəsində, həm də cəmiyyət olaraq bu tələblər dəfələrlə səsləndirilib. Ötən həftə AŞPA-da həmkarım Vüsal Hüseynov da qurumun baş katibindən bu məsələdə yardımçı olmalarını istəmişdi. Ancaq Dilqəmin məktubundan da göründüyü kimi onların ölümə məhkum edildikləri göz önündə olduğundan hər iki girovun buraxılmaları məsələsini yenidən qaldırmalıyıq. Beynəlxaq qurumlara, Minsk qrupuna həmsədrlik edənlərə deməliyik ki, onlar susub laqeyd qalmaqla əslində erməni özbaşınalığına və terrorruna şərik olduqlarını sərgiləyirlər. İndi Hollandiyada sifətlərindən qan daman arvad-ər yunusların guya ölüm ayağına olduğunu deyərək hay salanlar, Lapşin kimi üçlü vətəndaşlığı olan, neçə kəşfiyyata işləyən, Azərbaycan qanunlarını kobud şəkildə pozaraq sonra da bizi ələ salan yaramazın birisinin Belarusda tutulmasını pisləyərək onun buraxılmasını tələb edən zatlar niyə susurlar, görəsən? Axı Dilqəm Əsgərov da Sergey Lavrov kimi Rusiya vətəndaşıdır. Bəs Avropa İnsan Haqları Məhkəməsi? Orada arvad-ər yunus kimilərin məsələləri prioritet sayılaraq tez bir zamanda baxılması təmin edildiyi halda, nədən öz torpaqlarında girov götürülən iki azərbaycanlıya gəldikdə bunu etmək istəmirlər?". Sahib Alıyev bildirib ki, bu, ikili standart deyil, rəzillikdir: "Bu rəzilliyə ən rasional cavab isə ancaq Azərbaycanın güclənməsi, apreldə baş verənlərin daha möhtəşəm şəkildə təkrarlanması, Dilqəmlə Şahbazın girov götürüldükləri, Həsən Həsənovun isə qətlə yetirildiyi Kəlbəcərin azad edilməsi və Cocuq Mərcanlıyla olduğu kimi ora da köçkünlərin qayıdışına başlanması ola bilər. Mən bilirəm ki, bu, tez-gec baş verəcək. Və yəqin ki, onda Kəlbəcərdəki küçələrdənmi, məktəblərdənmi hansı birisə öz torpağında girov götürülənlərin adlarını daşıyacaq. Kəlbəcərdə Dilqəm Əsgər adına küçə. Tanrıdan diləyim- Dilqəmin Kəlbəcərdə öz adını daşıyan küçədə qürurla addımlamasıdır. Yeri gəlmişkən, Dilqəm Əsgərovu Kəlbəcərə getdiyi gündən mən Dilqəm Əsgər və yaxud da Əsgər Dilqəm kimi tanıyıram. Və onun girovluqdan yazdığı bir cümləni heç vaxt unutmuram, unutmayacağam da. O cümlə belə idi: "Mənə görə narahat olmayın, Şuşadayam".