Regional inkişafın yeni mərhələsi başlayacaq
Dünyada mövcud olan iqtisadi və maliyyə böhranı, çətinliklərə baxmayaraq Azərbaycan öz inkişaf yolunu davam etdirir. İqtisadiyyatımızın müəyyən edilmiş istiqamətdə inkişafı ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına öz müsbət təsirini göstərir. Parelel olaraq həyata keçirilən regional proqramlar da ölkənin inkişafını şərtləndirən amillərdəndir və sözügedən proqramların ümumilikdə Azərbaycanın hərtərəfli inkişafında müstəsna rolu olub. Elə yanvarın 30-da Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illər sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın üçüncü ilinin yekunlarına həsr olunmuş konfransında da bu məqam xüsusi olaraq qeyd edildi.
31 Yanvar 2017 14:38 SosialMurad Ağamiyev: "Sosial problemlərin öz həll yollarını tapa bilməsi iqtidarın seçiminin doğruluğunu təsdiq edən ən önəmli amildir"
Dünyada mövcud olan iqtisadi və maliyyə böhranı, çətinliklərə baxmayaraq Azərbaycan öz inkişaf yolunu davam etdirir. İqtisadiyyatımızın müəyyən edilmiş istiqamətdə inkişafı ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına öz müsbət təsirini göstərir. Parelel olaraq həyata keçirilən regional proqramlar da ölkənin inkişafını şərtləndirən amillərdəndir və sözügedən proqramların ümumilikdə Azərbaycanın hərtərəfli inkişafında müstəsna rolu olub. Elə yanvarın 30-da Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illər sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın üçüncü ilinin yekunlarına həsr olunmuş konfransında da bu məqam xüsusi olaraq qeyd edildi.
Demokrat Gənclər Hərəkatının sədri, YAP üzvü Murad Ağamiyev qeyd edir ki, ümumdünya maliyyə və miqrant böhranı fonunda geosiyasi və geoiqtisadi proseslərin nizamı tamamilə yenidən və fərqli üslubda dizayn edilir. Onun sözlərinə görə., kütləvi surətdə demək olar ki, bütün sahələrdə köklü islahatlar və sturuktur dəyişiklikləri aparılır: "Belə olan halda sözsüz ki, istənilən ölkə üçün daxili siyasi sabitliyi normal formada stabil saxlamaq steriotiplərini beynəlxalq siyasi normaların xüsusiyyətləri nizamlayır. Azərbaycan kimi dünya xəritəsində cırtdan ölkələrin isə nümayiş etdirdiyi xarici siyasət birmənalı olaraq öz tərəfini seçməkdən ibarət olmalıdır. Tərəf seçimi nəticəsində ölkə daxilində yürüdülən siyasətin istiqamətləri bəlli olur. Respublika daxilində maliyyə problemləri fonunda hökumət tərəfindən regional inkişaf və sosial problemlərin öz həll yollarını tapa bilməsi iqtidarın seçiminin doğruluğunu təsdiq edən ən önəmli iki amildir". Murad Ağamıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasi dəsti-xətti nəticəsində hər ötən gün bir daha sübuta yetirir ki, Azərbaycanın dünyanın geosiyasi xəritəsində tutduğu mövqe hazırkı dönəm üçün ən optimal yerdir: "Xüsusi olaraq qeyd etmək istəyirəm ki, qarşıdan gələn növbəti aylar içərisində regional inkişafın yeni mərhələsi başlayacaqdır və hökumətin, şəxsən cənab Prezidentin bu sahə üzrə də diqqəti və qayğısı tam anlamı ilə hiss ediləcəkdir. Dəfələrlə qeyd etmişəm, bir daha təkidlə bildirirəm. Doğrudur ki, ölkə daxilində müxtəlif sahələrdə neqativ hallar var və müəyyən zamanlarda milləti qane etməyən bir sıra qərarlar verilmişdir, lakin unutmaq lazım deyildir ki, cənab Prezident hər bir zaman xalqın yanındadır və narahatçılıq yaradan problemlərin dərhal qeyri-şərtsiz aradan qaldırılması istiqamətində var gücü ilə çalışır. Onun üçün də bir millət olaraq bizi fərdi və ya ictimai formada narahat edən bəzi məsələlərə o qədər də ciddi formada əhəmiyyət vermək lazım deyil. Əmin olun ki, lazım gələn zamanlarda mütləq formada müxtəlif məsələlər üzrə humanist aministiyalar verilir və sanksiyalar ləğv edilir. Qeyd etdiklərimə bariz nümunə olaraq kommunal xidmətlər müqabilində yaranmış borclara və ya vergi borclarına verilən aministiyaları misal göstərmək olar. Datasiya şəklində dövlətin büdcəsindən əlavə vəsaitlər ayırmaq yolu ilə insanların zamanında qayğısına qalmaq prinsipi cənab Prezident insani keyfiyyətidir ki, paralel olaraq siyasi kursuna da sirayət etmişdir". Mərkəz rəhbəri qeyd edib ki, gənclik olaraq gələcəyimizi bir şüar, loqo altında düşünürük: "``İlhamla irəli`` . Biz bütün ümidlərimizi bu şüarın gələcəyinə bağlamışıq. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ``Yeni Azərbaycan`` prinsipləri əsasında bu günə kimi idarə edilən dövlətin bu günü onun parlaq gələcəyinin qarantıdır. Gənclər üçün bütün sahələrdə yaradılan şərait, süni bariellərin aradan qaldırılması bir daha sübut edir ki, Azərbaycan bir müstəqil və demokratik ölkə kimi demokratiya sahəsində uğurla irəliləyir. Bu baxımdan 26 sentyabr- ümumxalq referendumunun qəbul edilməsi demokratiyanın təntənəsi kimi qəbul edilə bilər. Bütün demokratik beynəlxalq təsisatlarda olduğu kimi bizim də ölkəmizdə gənclərin önünə qoyulmuş süni yaş maneəsi beləliklə aradan qaldırıldı və gənc siyasətçilər üçün unikal zəmin təsis edildi".
Füzuli