XIX əsrə məxsus tarixi eksponatlar muzeyə təqdim olundu
Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq yeni hədiyyələrlə zənginləşir. Belə ki, Şamaxı zadəganları nəslindən Adil bəy Cəbrayılbəyliyə məxsus şəxsi əşyalar onun qohumu Ş.Qasımov tərəfindən Muzeyə təqdim edildi.
31 Yanvar 2017 14:20 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq yeni hədiyyələrlə zənginləşir. Belə ki, Şamaxı zadəganları nəslindən Adil bəy Cəbrayılbəyliyə məxsus şəxsi əşyalar onun qohumu Ş.Qasımov tərəfindən Muzeyə təqdim edildi.
Qeyd edək ki, Adil bəy Cəbrayılbəyli Azərbaycanın görkəmli ziyalısı, yazıçı və əməkdar müəllimi Camo Cəbrayılbəylinin atasıdı.
Ş. Qasımov Milli Azərbaycan Tarixi muzeyinə Adil bəy Cəbrayılbəyliyə məxsus - möhür qabı, təsbeh və nəfəs musiqi alətini bağışlayıb. XIX əsrin sonuna aid olan bu eksponatların Muzeyə təqdim olunması zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılması üçün əvəzsiz hədiyyədi.