Uruqvay millisinin üzvü "Barselona"da
"Barselona" qış transfer dönəminin ilk keçidini reallaşdırıb. Kataloniya klubu müdafiəçi transfer edib.
31 Yanvar 2017 14:22 İdman"Barselona" qış transfer dönəminin ilk keçidini reallaşdırıb. Kataloniya klubu müdafiəçi transfer edib.
Belə ki, Uruqvayın "Penarol" klubunun gənc oyunçusu Santyaqo Bueno karyerasını "Barsa"da davam etdirəcək. Uruqvayın gənclər millisinin üzvü ispanlarla hərtərəfli anlaşıb. 18 yaşlı mərkəz müdafiəçisinin gün ərzində yeni komandası ilə rəsmi müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Santyaqo Bueno bir müddət "Barselona"nın əvəzedici komandasında çıxış edəcək. Apasport.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31