Gündəm

Qətllərin 17 faizi məişət zorakılığı nəticəsində baş verib

31 Yanvar 2017 15:43

“Ermənistanda qətllərin 17 faizi məişət zorakılığı nəticəsində baş verir”. Bunu ölkəombudsmanı, İnsan hüquq müdafiəsi təşkilatının sədri Arman Tatoyan “Qadınlara qarşı zorakılığın qarşısının alıması” mövzusunda Yerevanda keçirilən seminardakı çıxşında bildirib.

Trampdan ermənilərə TƏRS ŞİLLƏ

31 Yanvar 2017 15:40

ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı fərmanlar imzaladıqdan sonra bu ölkədə yaşayan bir sıra erməni hava limanında saxlanılıb. Amerika erməni milli komitəsinin (ANCA) müraciətində ABŞ-dakı ermənilərin vəziyyətinin yaxşı olmadığı məlum olur.

Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

31 Yanvar 2017 15:36

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Şəhərsalma və Su Şöbəsinin  direktoru  Yonq Yeninbaşçılıq etdiyi  nümayəndə heyəti ilə görüş keçirilib.

“Xocalı soyqırımı: 25 il yaddaşımızda” müsabiqələri keçirilir

31 Yanvar 2017 15:34

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, “İki sahil” qəzetinin və “Bakcell” şirkətinin dəstəyi ilə “Xocalı soyqırımı: 25 il yaddaşımızda” mövzusunda inşa və rəsm müsabiqələrinə start verilib. “OLAYLAR”-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə,  bununla əlaqədar 30 yanvar 2017-ci il tarixində YAP Nizami rayon təşkilatında keçirilən iclasda YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, “Bakcell” şirkətinin rəsmisi Vəfa Abdullayeva Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edərək, Ermənistan rəhbərliyinin bu soyqırımı törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi daşıdığına baxmayaraq, bu hadisələrin Azərbaycan xalqının əzmini qıra bilmədiyini söyləyiblər.

“Bazarstore” Qara Qarayevdə fəaliyyətə başladı

31 Yanvar 2017 15:32

“Bazarstore” mağazalar şəbəkəsi metronun Qara Qarayev stansiyasının yaxınlığında növbəti mağazasını istehlakçıların istifadəsinə verib. 25 min çeşiddə məhsulun olduğu mağazanın ümumi sahəsi 3000 m²-dir.

Politoloq: "Azərbaycan bütün dünyaya erməni vəhşiliklərini nümayiş etdirəcək” 

31 Yanvar 2017 15:30

“Məcburi köçkünlərin Cocuq Mərcanlıya qayıtması böyük qayıdışın başlanğıcı, Azərbaycanın qələbəsinin davamıdır. Cənab Prezident İlham Əliyev göstərişi ilə səfirlərin və xarici dilomatik nümayəndələrin oraya səfər etmələri üçün müraciət olunub. Bütün dünya ictimaiyyəti ermənilərin orada hansı vandalizmlər törətdiklərini görməlidir”. Bunu  politoloq Arzu Nağıyev deyib.

"Prezidentin göstərişi ilə məcburi köçkünlərə evlərin tikilməsi daha da sürətlənəcək" 

31 Yanvar 2017 15:29

“Məcburi köçkünlərə evlərin tikilməsi müxtəlif yerlərdə və bölgələrdə davam edir. Lakin ötən gün “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının” icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Ölkə Başçısının verdiyi tapşırıqlara əsasən, bu il işlər daha da sürətlənəcək”. Bunu millət vəkili Elman Məmmədov deyib.

Həyat müəllimim

31 Yanvar 2017 15:26

ONUNLA ilk qarşılaşdığım günü indiki kimi xatırlayıram. Yay tətilində olmağımıza baxmayaraq məktəbimizə yeni müdirin gələcəyi xəbərini almışdıq.  Bu xəbər hər kəs kimi məni də həqiqətən çox həyəcanlandırmışdı. Həm də səbirsizliklə məktəbin açılmasını gözləyirdim.  Dörd gözlə məktəbin yeni müdirini görmək istəyirdim.

""Barselona"da nağıla bənzər 7 il keçirdim"

31 Yanvar 2017 15:10

Meksika millisi və "Barselona"nın sabiq müdafiəçisi Rafael Markes katalon klubunda keçirdiyi vaxtları xatırlayıb. Karyerasını "Atlas" klubunda davam etdirən veteran futbolçu bunları deyib:

Azərbaycan bu islahatlarla daha sürətlə inkişaf edəcək

31 Yanvar 2017 15:03

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı bir neçə sahəni əhatə etdi və hesab edirəm ki, onun fikirləri hələ uzun müddət cəmiyyətdə müzakirə predmeti olacaq.

MTN-dən sahibkarlara 70 faizədək endirimlər - ŞOK CƏDVƏL

31 Yanvar 2017 15:01

Ləğv edilmiş MTN-in həbsdə olan generalları və onların əməkdaşlarının cinayət işinin materialları açıqlandıqca məlum olur ki, bu şəxslər bizneslə məşğul olub-olmamasına, qanuni və ya qanunsuz işləməyinə fərq qoymadan hər kəsdən nəsə "qoparmağa" çalışıblar. İttiham aktlarında diqqət çəkən məqamlardan biri isə ilk tələb olunan rüşvətin məbləği və sonradan həmin qiymətə edilən endirimlərdir.

"Qanunsuz kabel televiziyalarının işinə hüquq-mühafizə orqanları baxacaq"

31 Yanvar 2017 14:59

"Milli Televiziya və Radio Şurası (MTRŞ) Bakıda qanunsuz fəaliyyət göstərən kabel televiziyaları ilə bağlı hüquq-mühafizə və vergi orqanlarına müraciət edib".

Canlı yayımda "qəza": qoca rəqqasə pərt oldu - VİDEO

31 Yanvar 2017 14:56

64 yaşlı Liliana Mayanes 1970-ci illərdə Meksikanın ən məşhur rəqqasələrindən biri idi. Yaşlanmasına rəğmən, "mən qoca deyiləm" söyləyən rəqqasə İmagen TV telekanalındakı "Sale el Sol" tok-şousuna dəvət olunmuşdu.

Türkiyə Mərmərə dənizində süni adalar yaradacaq

31 Yanvar 2017 14:52

Türkiyə "İstanbul" kanalı layihəsi çərçivəsində üç süni ada yaratmağı planlaşdırır. Adaları Mərmərə dənizində kanal üçün çıxarılan qruntun hesabına yaradılması nəzərdə tutulur.

“Biz ermənilərin nazı ilə oynayası deyilik ki?”

31 Yanvar 2017 14:51

Mənfur qonşumuz olan işğalçı Ermənistanda erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktları araşdıran özbək tarixçisi Şuxrat Salamova qarşı çirkin kompaniyaya start verilib. Səbəb özbək tarixçisinin "Qarabağ: ideyalar müharibəsi" və "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" kitablarını ərsəyə gətirməsidir. Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Şuxrat Salamova qarşı kampaniya başlayıb. Tarixçi-publisist falsifikasiya, milliyyətçilikdə, pantürkizm, fırıldaqçılıqda ittiham edilən tarixçi-publisist haqqında əsassız böhtanlar yayılır, ekstremist qruplarla əlaqədə günahlandırılır, şərəf və ləyaqəti təhqir olunur. Erməni icmasının nümayəndələri hətta onun evinə hücum ediblər.