""Barselona"da nağıla bənzər 7 il keçirdim"

Meksika millisi və "Barselona"nın sabiq müdafiəçisi Rafael Markes katalon klubunda keçirdiyi vaxtları xatırlayıb. Karyerasını "Atlas" klubunda davam etdirən veteran futbolçu bunları deyib:

Meksika millisi və "Barselona"nın sabiq müdafiəçisi Rafael Markes katalon klubunda keçirdiyi vaxtları xatırlayıb. Karyerasını "Atlas" klubunda davam etdirən veteran futbolçu bunları deyib:

"Karyeramın ən xoş xatirələri "Barselona" ilə bağlıdır. Gözəl şəhərdə nağıla bənzər 7 il keçirdim. "Barselona"dakı ilk günlərimdə yuxu gördüyümü zənn edirdim. Ronaldinyo, Xavi, Puyol və başqaları ilə birlikdə oynadığıma inana bilmirdim. Ora adaptasiya asan keçmədi. Sonra anladım ki, bu komandaya dəvət almağım təsadüfi deyil. Həmin vaxtdan sonra uğurlu dönəm başladı". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31