“Xocalı soyqırımı: 25 il yaddaşımızda” müsabiqələri keçirilir
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, “İki sahil” qəzetinin və “Bakcell” şirkətinin dəstəyi ilə “Xocalı soyqırımı: 25 il yaddaşımızda” mövzusunda inşa və rəsm müsabiqələrinə start verilib. “OLAYLAR”-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar 30 yanvar 2017-ci il tarixində YAP Nizami rayon təşkilatında keçirilən iclasda YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, “Bakcell” şirkətinin rəsmisi Vəfa Abdullayeva Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edərək, Ermənistan rəhbərliyinin bu soyqırımı törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi daşıdığına baxmayaraq, bu hadisələrin Azərbaycan xalqının əzmini qıra bilmədiyini söyləyiblər.
31 Yanvar 2017 15:34 SosialXocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, "İki sahil" qəzetinin və "Bakcell" şirkətinin dəstəyi ilə "Xocalı soyqırımı: 25 il yaddaşımızda" mövzusunda inşa və rəsm müsabiqələrinə start verilib. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar 30 yanvar 2017-ci il tarixində YAP Nizami rayon təşkilatında keçirilən iclasda YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, "Bakcell" şirkətinin rəsmisi Vəfa Abdullayeva Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edərək, Ermənistan rəhbərliyinin bu soyqırımı törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi daşıdığına baxmayaraq, bu hadisələrin Azərbaycan xalqının əzmini qıra bilmədiyini söyləyiblər.
İnşa müsabiqəsi komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Vüqar Rəhimzadə bildirib ki, elan edilən müsabiqələrlə həm gənc nəsil Azərbaycan tarixi ilə bağlı maarifləndiriləcək, həm də onların bilik və bacarıqları, jurnalistikaya olan maraqları və potensialları üzə çıxarılacaq. Nəzərə çatdırılıb ki, inşa yazı müsabiqəsinə iki dildə - Azərbaycan və rus dillərində yazılar qəbul ediləcək. Bildirilib ki, inşa və rəsm müsabiqəsi Nizami rayonu ərazisində 30-dək təhsil müəssisələri arasında keçiriləcək. Qəbul ediləcək inşa yazıları və rəsm əsərləri xüsusi komissiya tərəfindən yoxlanılacaq. Sonda müsabiqənin qalibləri mükafatlandırılacaqlar.