Qətllərin 17 faizi məişət zorakılığı nəticəsində baş verib
“Ermənistanda qətllərin 17 faizi məişət zorakılığı nəticəsində baş verir”. Bunu ölkəombudsmanı, İnsan hüquq müdafiəsi təşkilatının sədri Arman Tatoyan “Qadınlara qarşı zorakılığın qarşısının alıması” mövzusunda Yerevanda keçirilən seminardakı çıxşında bildirib.
31 Yanvar 2017 15:43 Dünya"Ermənistanda qətllərin 17 faizi məişət zorakılığı nəticəsində baş verir". Bunu ölkəombudsmanı, İnsan hüquq müdafiəsi təşkilatının sədri Arman Tatoyan "Qadınlara qarşı zorakılığın qarşısının alıması" mövzusunda Yerevanda keçirilən seminardakı çıxşında bildirib.
"Hüquq-mühafizə orqanlarının rəsmi statistikasına əsasən, məişət zorakılıqlarının sayı artır. Bu sahədə törədilən cinayətlər bir çox hallarda gizlədilir" - Arman Tatoyan vurğulayıb.
Məlumata görə, "Qadın zorakılığına qarşı" koalisiyanın əlaqələndiricisi Zarui Ovannisyan bildirib ki, 2015-ci ildə Ermənistan İstintaq Komitəsinin ölümlə bağlı araşdırdığı 16 cinayət işindən 10-u qadın qətlidir: "2016-cı ildə keçirdiyimiz monitorinq nəticəsində onlarla qadının qətlə yetirildiyini aşkarladıq. Ötən il "qaynar xətt"ə məişət zorakılığı haqda 5 min telefon zəngi edilib ki, bu da 2015-ci illə müqayisədə iki dəfə çoxdur". Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.